“Meqa Həyat Sığorta”nın xalis mənfəəti 3 dəfədən çox artıb
“Meqa Həyat Sığorta” ASC 2022-ci ili 574 min manat xalis mənfəət ilə başa vurub.Şirkət 2021-ci ili 182 min manat xalis mənfəət ilə başa vurmuşdu. Beləliklə, “Meqa Həyat Sığorta” xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 392 min manat və ya 3,1 dəfə artıb.
Marja.az xəbər verir ki, 2022-ci ildə “Meqa Həyat Sığorta” cəmi əməliyyat gəlirləri 2 milyon 230 min manat, cəmi əməliyyat xərcləri 1 milyon 513 min manat, əməliyyat mənfəəti 717 min manat təşkil edib. Ötən il Şirkətin hesabladığı sığorta haqları 2 milyon 402 min manat, sığorta ödənişləri isə 9 min 170 manat olub.
“Meqa Həyat” sığorta şirkəti 17.09.2019-cu il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. 19.02.2021-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən “Meqa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinə həyat sığortası üzrə sığorta fəaliyyəti göstərməyə icazə verən SF-0003 nömrəli lisenziya verilmişdir. “Meqa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı 11 milyon manat təşkil edir və şirkətin təsisçisi 100% payla “Meqa Sığorta” ASC-dir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)









.jpg)






