Sığorta şirkətləri icbari avtosığortanı agentlərlə bölüşmək istəmir - Haqsız rəqabət, yoxsa elektronlaşma?
Azərbaycanda sığorta şirkətləri bu il aprelin 1-dən etibarən avtomobillərin icbari sığortası üzrə sığorta agentlərinə komissiya verməyi tamamilə dayandıracaq. Sığorta şirkətləri bununla bağlı artıq sığorta agentlərini də məlumatlandırıblar. Azərbaycanda fiziki və hüquqi şəxs olaraq fəaliyyət göstərən sığorta agentlərinin bir hissəsi yaranan vəziyyətə etiraz olaraq ölkə rəhbərliyinə, aidiyyatı dövlət qurumlarına, o cümlədən bazarın tənzimləyicisi olan Mərkəzi Banka müraciət ünvanlayıblar.
Bakı və regionlarda fəaliyyət göstərən 250-ə yaxın sığorta agenti avtomobillərin icbari sığortası üzrə komissiya haqqının tamamilə dayandırılmasına etiraza qoşulub. Onlar bununla bağlı sosial şəbəkələrdə qrup da yaradıblar.
Sığorta agentləri qeyd ediblər ki, indiyədək komissiya haqları tədricən azaldılsa da, son vaxtlar bəzi şirkətlər qeyri-rəsmi olaraq komissiyaları ümumiyyətlə dayandırıblar. Komissiyaların dayandırılması barədə rəsmi qərar isə elan edilməyib.
Sığorta vasitəçilərinin sözlərinə görə, şirkətlər agentləri sığortalanma prosesindən sıxışdırıb çıxarmaq, bununla da indiyədək agentlərə çatan komissiya haqqını ələ keçirmək istəyirlər: “Son aylar komissiyaların kəsilməsi tədricən bütün avtomobilləri əhatə edib. Artıq bir neçə aydır ki, sığorta şirkətləri müxtəlif bəhanələrlə mühərrik həcmi 3 l. və aşağı olan avtonəqliyyat vasitələrinə görə, komisyon muzd verməkdən imtina edirlər. Məlum məsələdir ki, ölkənin avtomobil parkının böyük əksəriyyətinin mühərrik həcmi 3 l.-dən aşağıdır. İndi isə sığorta şirkətləri 1 aprel 2023-cü il tarixdən etibarən bu şərtlərin bütün avtomobil seqmentləri üzrə tətbiq olunacağını bildirirlər”.
Agentlər hesab edir ki, ötən ilin sonunda avtomobillərin icbari sığorta haqqının hesablanması qaydasının dəyişməsi, həm də sığorta hadisəsi zamanı zərərin birbaşa tənzimlənməsinin yeni üsulla həyata keçirilməsi mütərəqqi olsa da, bu dəyişikliklər qeyri-peşəkar həyata keçirilib. Nəticədə yenilik sığorta agentlərinin fəaliyyətinə mənfi təsir göstərib: “Sığorta haqlarının yeni hesablanma qaydası nəticəsində icbari avtosığorta üzrə yığımlarda 30-35% qədər artım müşahidə olunsa da, bu, sığorta agentlərinin gəlirlərinə heç bir təsir göstərməyib. Əksinə, sığorta vasitəçiləri artıq günü-gündən öz yeganə gəlir mənbələrindən də məhrum olurlar. Nəticədə, əvvəlki illərlə müqayisədə rəsmi sığorta agenti lisenziyası subyektlərinin sayında iki dəfəyə qədər azalma baş verib.”
Bundan əlavə, onlar Mərkəzi Bankın sədri Taleh Kazımova ünvanladıqları məktubda bildiriblər ki, məsələ ilə bağlı sığorta şirkətlərinin İcbari Sığorta Bürosu (İSB) ilə sindikat razılaşması sezilməkdədir: “Sığorta şirkətlərinin məhdudlaşdırıcı fəaliyyət vasitələrindən istifadə etməsi, hökmran mövqe yaratmaq cəhdləri, inhisarçılıq fəaliyyəti cəhdləri, bazar maneələri yaratmaları və digər bu kimi addımları “Antiinhisar haqqında”, həmçinin “Haqsız rəqabət haqqında” Qanunun tələblərinin pozulması deməkdir. Bizə məlumdur ki, xüsusilə İSB rəhbərliyində olan şəxslərin və onların qohumluq əlaqəsinə malik olanların informasiya texnologiyaları sahəsində şirkətləri mövcuddur. Məhz onların sifarişi əsasında guya “yeni texnologiyaların tətbiqi”, istehlakçıların daha operativ maraqlarının təmin olunması adı altında yeni elektron sistem yaratmaq istəkləri yüzlərlə sahibkarlıq subyektinin məhv edilməsi ilə bərabər, həmçinin şəxsi biznes maraqlarının da təmin olunmasına hesablanmış addımlardır”.
Sığorta agentləri şirkətlərin yalnız könüllü sığorta növləri üzrə əməkdaşlıq təkliflərinə də etiraz edirlər: “Könüllü sığorta müqavilələrini məhz icbari sığorta üçün müraciət edən müştərilərə təklif edirdik. İcbari sığorta təqdim edə bilməyəndən sonra sığorta müraciətləri tamamilə dayanacaq”.
Qeyd edək ki, hazırda Mərkəzi Bankda 540-dan artıq fiziki şəxs sığorta agenti, eləcə də 30-a yaxın hüquqi şəxs sığorta agenti rəsmi qeydiyyatdadır. Ümumilikdə bu sahədə 1700-2000 nəfərə yaxın işçi fəaliyyət göstərir və gəlir əldə edir. Yeni qaydanın tətbiqi onların hamısını gəlirdən məhrum edəcək.
Sığorta eksperti İlkin İbrahimov bildirib ki, burada Azərbaycan Konstitusiyasının, “Mikro, kiçik, orta və iri sahibkarlığın inkişafı haqqında”, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında”, həmçinin digər normativ hüquqi aktların pozulması faktı mövcuddur.
Ekspert qeyd edib ki, Mərkəzi Bank tənzimləyici qurum olaraq sığorta agentlərinə lisenziya satırsa, eyni zamanda onların fəaliyyətinin təmin edilməsi üçün də öhdəlik daşımalıdır: “Sığorta agenti lisenziya almaq üçün Mərkəzi Banka müəyyən vəsait ödəməli olur. Bundan əlavə, sığorta agenti və ya agentlik dövlətə vergi ödəyir və digər sosial xərcləri qarşılayır. Bazarda yaradılan haqsız rəqabət agentləri gəlir əldə etməkdən məhrum edir. O zaman Mərkəzi Bank bunu niyə nəzərə almır? Gəlir əldə edirsə, öhdəliklərini də icra etməlidir. Mərkəzi Bank hələ də sığorta vasitəçiləri ilə rəsmi görüş keçirib onların problemlərini dinləməyib”.
Məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankından isə bildirilib ki, problemlə bağlı məlumatlıdırlar. Məsələyə ən qısa zamanda aydınlıq gətiriləcək.
© APA
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
2 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 2 gün əvvəl
-
2 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
2 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb










.jpg)










