Ağ, yoxsa qəhvəyi qabıqlı yumurta?
Market və dükanlarda broyler yumurtaları iki rəngdə təklif olunur – ağ və qəhvəyi. Ağ qabıqlı yumurta ilə qəhvəyi rəngli yumurta arasında təxminən 4-8 qəpiyədək qiymət fərqi var. Maraqlıdır, yumurtanın qabığının rəngi onun keyfiyyətinə dəlalət edirmi?
Satıcı Dürdanə Abbasova iddia edib ki, sarı qabıqlı yumurta daha keyfiyyətli olur: “Ağ yumurta zavod, yəni broyler yumurtasıdır, qiyməti 16 qəpikdir. Qəhvəyi rəngdə olanlar isə kənd yumurtası sayılır, qiyməti 20 qəpikdir. Fərqləri ondan ibarətdir ki, qəhvəyi qabıqlı yumurtanın tərkibi ağ qabıqlı yumurtadan daha zəngindir. Alıcılar da ən çox qəhvəyi rəngli yumurtanı seçirlər”.
Şəhər sakini Elçin Abbasov alış-veriş zamanı hər iki yumurtadan alsa da, onların tərkibinin eyni olduğu qənaətindədir. Alıcıların bir çoxu bu fikirlə razılaşsa da, qabığının rənglərinə görə yumurtaları fərqləndirib mətbəxdə istifadə etdiyini deyənlər də az deyil.
“Alış-veriş zamanı hər iki yumurtadan alıram. Şirniyyat bişirərkən qabığı ağ rəngdə olan yumurtadan, yemək bişirərkən isə sarı, yəni qəhvəyi qabıqlı yumurtadan istifadə edirəm,” - alıcı Məhəbbət Vəliyeva deyib.
Dövlət Aqrar Universitetinin Heyvandarlıq məhsulları istehsalının texnologiyası kafedrasının müəllimi Raifə Mustafayevanın da məsələ ilə bağlı fikirlərini öyrəndik. Mütəxəssis yumurtanın rənginin fərqli olmasının onun keyfiyyətindən yox, toyuğun cinsindən asılı olduğunu bildirib: “Yumurtanın qabığının ağ, qəhvəyi, yaxud açıq qəhvəyi olması onun tərkibinə və keyfiyyətinə heç bir təsir göstərmir. Yumurtanın qabığının rəngi onun tərkibində olan piqmentlərdən asılıdır. Məsələn, yumurtanın tərkibinin 95-98 faiz kalsium karbonatdan ibarət olması qabığın rənginin ağ olmasına gətirib çıxarır. Qəhvəyi, açıq qəhvəyi və tünd qəhvəyi rəngdə olan yumurtalar isə toyuğun yumurtalıq borusunda olan fermentlərin ifrazı nəticəsində yaranır. Yəni, toyuğun yumurtasının qabığının rəngi irsidir və onun cinsindən asılı olaraq dəyişir”.
Yumurtanın keyfiyyətini onun rənginə görə təyin etməyin düzgün olmadığını diqqətə çatdıran mütəxəssis əlavə edib ki, yumurtanın keyfiyyətli olub-olmamasını onun böyüklüyündən və səthinin hamar olmasından aşkar etmək mümkündür. Həmçinin yumurtanın sarısının tünd olması da, onun tərkibində vitaminlərin zənginliyinə işarədir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)






.jpg)







