Azərbaycanda Rusiya kapitalı ilə istilik izolyasiya lövhələri istehsal edəcək müəssisə tikilir
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təşkilatçılığı ilə bir qrup KİV nümayəndəsi Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyəti ilə tanış olub.
Media nümayəndələrinə məlumat verilib ki, Hacıqabul Sənaye Məhəlləsi Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2017-ci il tarixli Sərəncamı ilə yaradılıb. 100-dən çox işçinin daimi işlə təmin edildiyi Sənaye Məhəlləsində ümumi investisiya həcmi 51 milyon manatdan artıq olan 13 sahibkarlıq subyekti rezident kimi qeydiyyatdan keçib və bunlardan 8-i fəaliyyət göstərir. Sənaye Məhəlləsinin rezidentləri minik avtomobilləri, müxtəlif növ və ölçüdə polad şuruplar, taxta məhsulları, plastik qablar və taralar, tikinti materialları, gübrə istehsalı və s. sahələr üzrə ixtisaslaşıb. Rezidentlər tərəfindən təxminən 44 milyon dəyərində məhsul istehsal edilib. İndiyədək Hacıqabul Sənaye Məhəlləsinə 25,3 milyon manat investisiya qoyulub, mövcud layihələr üzrə əlavə olaraq 25,8 milyon manatadək investisiyanın yatırılması, 400-ə yaxın iş yerinin yaradılması nəzərdə tutulur.
Media nümayəndələri bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olublar.
KİV nümayəndələri yeni fəaliyyətə başlamış “Provive” MMC-nin gübrə istehsalı müəssisəsində olublar. Diqqətə çatdırılıb ki, müəssisədə innovativ texnologiyaya əsaslanaraq “Black soldier fly” milçəyinin sürfələrindən istifadə olunmaqla qida tullantılarından zülal (heyvan mənşəli) və “Zoohumus” üzvi gübrəsi istehsal olunur. İnvestisiya həcmi 2,3 milyon manata yaxın olan müəssisədə 20-ə yaxın daimi iş yeri yaradılıb. Hazırda müəssisənin aylıq istehsal gücü 15 tondur və yaxın vaxtlarda bunun 30 tona çatdırılması planlaşdırılır.
Tikinti materialları üçün avadanlıqlar istehsal edən “Elberg” MMC-də KİV nümayəndələrinə məlumat verilib ki, müəssisəyə indiyədək 3,5 milyon manat investisiya yatırılıb və 40 nəfərdən çox iş yeri yaradılıb. İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilmiş müəssisədə Türkiyə, Yaponiya və Finlandiya texnologiyalarından istifadə edilir. İstehsal olunan məhsullar daxili bazarın təlabatının ödənilməsinə yönəldilib.
Sənaye Məhəlləsində fəaliyyət göstərən daha bir müəssisə plastik su qabları istehsal edən “Uysal Ambalaj” MMC-dir. İl ərzində 350 min ədəd plastik su qabı istehsal etmək gücündə olan müəssisənin qurulmasına 1,84 milyon manat investisiya yatırılıb, 10 daimi iş yeri yaradılıb.
Media mənsubları “Az Agromila” MMC-nin maye, toz, gel, yarpaq gübrələri istehsalı müəssisəsində də olublar. Məlumat verilib ki, illik istehsal gücü 6 min ton gübrə olan zavodun investisiya dəyəri 1,5 milyon manatdır. Müəssisədə 12 işçi çalışır.
Sənaye müəssisəsində plastik tara istehsalını həyata keçirən “Plasttech” MMC-nin qurduğu müəssisəyə 1,2 milyon manat investisiya yatırılıb və 5 iş yeri yaradılıb. Zavod ildə 600-900 ton plastik tara istehsal etmək gücündədir.
Media nümayəndələri Sənaye Məhəlləsinin Rusiya kapitallı rezidenti “Penoplex Prikavkazye” MMC-nin istilik izolyasiya lövhələri istehsal edəcək müəssisəsində aparılan tikinti işləri ilə də tanış olublar.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
10 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 10 saat əvvəl
-
11 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 11 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Ən çox oxunanlar
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var



















