Qara kürünün istehsalı və satışı ilə məşğul olan Azərbaycan şirkəti gəlirini açıqlayıb

Azərbaycanın balıqçılıq sənayesinin ən böyük investoru olan "Lu-Mun Holding"in (LMH) 2021-ci ildə satışdan gəlirləri artıb.
Marja şirkətin konsolidə edilmiş maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2020-ci illə müqayisədə 2021-ci ildə holdinqin satışdan gəlirləri 12 milyon 226 min manat və ya 28,6% artaraq aratraq 55 milyon 2 min manat təşkil edib. Şirkət 2020-ci ildə 42 milyon 776 min manat satış gəlirləri əldə etmişdi.
2021-ci ildə "Lu-Mun Holding"in cəmi əməliyyat gəlirləri 57 milyon 870 min manat, cəmi əməliyyat xərcləri 69 milyon 227 min manat, əməliyyat zərəri 11 milyon 358 min manat təşkil edib. 2020-ci ildə şirkətin cəmi əməliyyat gəlirləri 47 milyon 546 min manat, cəmi əməliyyat xərcləri 75 milyon 353 min manat, əməliyyat zərəri 27 milyon 808 min manat təşkil etmişdi. Beləliklə, 2021-ci ildə gəlirlərin artması və xərclərin azalması ilə əlaqədar olaraq "Lu-Mun Holding"in əməliyyat zərəri 2,4 dəfə azalıb.
Maliyyə və vergi xərcləri ilə əlaqədar olaraq zərər artmış və "Lu-Mun Holding" 2021-ci ili 16 milyon 315 min manat xalis zərər ilə başa vurub. Şirkət 2020-ci ili 31 milyon 240 min manat, 2019-cu ili 12 milyon 301 min manat xalis zərər ilə bağlamışdı.
31 dekabr 2021-ci il tarixində "Lu-Mun Holding" 151 milyon 422 min manat cəmi aktivlərə malik olub. Şirkət 2020-ci ilin sonunda 138 milyon 557 min manat cəmi aktivlərə malik idi.
Qeyd edək ki, "Azerbaijan Fish Farm" "Lu-Mun Holding"in iri layihəsidir. "Azerbaijan Fish Farm" şirkəti Neftçala rayonunda nərə balığı fermasına, Zaqatala və Qəbələ rayonlarında alabalıq və Xəzər qızılbalığı yetişdirilməsi üçün akvakultura təsərrüfatına malikdir. Şirkət "Baku Caviar" brendi altında qara kürünün istehsalı və satışı ilə məşğul olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
8 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
10 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
10 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
10 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 10 saat əvvəl
-
10 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
11 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 11 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
