Dünyada iri pivə şirkətinin mənfəəti 2022-ci ildə 12,8 faiz artıb
Belçikanın "Anheuser-Busch InBev" pivə şirkətinin (AB InBev) 2022-ci ildə mənfəəti 12,8% artaraq 6 milyard 454 milyon dollar təşkil edib.
Marja xəbər verir ki, səhmdarlara aid olan mənfəət 27,8% artaraq 5 milyard 969 milyon dollara çatıb. Bir adi səhm üzrə göstərici bir il əvvəlki 2,85 dollara qarşı 3,21 dollar təşkil edib.
Ötən il şirkətin gəlirləri 6,4% artaraq 57 milyard 786 milyon dollar təşkil edib.
2022-ci ilin dördüncü rübünün mənfəəti illik müqayisədə 9,3% artaraq 1 milyard 965 milyon dollar təşkil edib. Rüb ərzində gəlir isə illik müqayisədə 3,3% artaraq 14 milyard 668 milyard dollar olub.
Dördüncü rübdə pivə satışının həcmi illik ifadədə 0,9% azalaraq 128,502 milyon hektolitr təşkil edib. İl ərzində isə bu rəqəm 1,8% artaraq 517,99 milyon hektolitə çatıb.
"Anheuser-Busch InBev" şirkəti 2008-ci ildə Belçikanın "InBev" və Amerikanın "Anheuser-Busch" şirkətlərinin birləşməsi nəticəsində yaranıb. 2016-cı ilin oktyabrında "AB InBev" Britaniyanın "SABMiller" şirkəti ilə birləşməni tamamlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























