Avropada qazın qiyməti 4 faiz də düşüb
Avropada qaz fyuçersləri dörd faiz azalaraq min kubmetr üçün 537 dollar təşkil edibLondonun ICE birjasının məlumatına görə, həftənin ilk ticarət günündə Avropada təbii qazın qiyməti min kubmetr üçün 540 dollardan aşağı düşüb. Təbii qaz 4% ucuzlaşıb.
Marja xəbər verir ki, təbii qaz hər min kubmetr üçün 554,9 dollardan (-0,8%) səviyyəsində ticarət açılıb. Sonra qiymət 537 dollara (-4%) düşüb.
Bu rəqəm ötən ilin analoji tarixindəki qiymətdən (1555,5 dollar) təxminən üç dəfə azdır.
Birja qiymətləri ötən ilin sonundan etibarən davamlı olaraq azalma nümayiş etdirir. Məsələn, fevralın 18-də qazın qiyməti 2021-ci il avqustun 26-dan bəri ilk dəfə olaraq min kubmetr üçün 550 dollardan aşağı düşüb, o vaxtdan isə 530-570 dollar diapazonunda olub.
Ekspertlər qeyd ediblər ki, Avropa birjasında qazın qiyməti havaların isti keçməsi və güclü külək (külək stansiyaları elektrik enerjisi istehsalını artırıb), eləcə də Aİ-nin yeraltı qaz anbarlarında kifayət qədər qaz ehtiyatı səbəbindən ucuzlaşır.
Keçən qışda Avropada qiymətlər min kubmetr üçün 2000 dollar həddini keçmiş və yazın əvvəlində Rusiyanın enerji resurslarının idxalına qadağa qoyulması qorxusu ilə rekord həddə - min kubmetr üçün 3892 dollara çatmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























