Apteklərdə satılan dərmanların qiymətlərində “oynamalar” - ÖZBAŞINALIQ
Dərman vasitələrinin keyfiyyəti və qiymətlərindəki özbaşınalıqlarla bağlı söz-söhbətlər axır vaxtlar yenə ictimaiyyət arasında geniş müzakirələrə sabəb olub. Əslində, bu məsələ əvvəllər də müxtəlif səviyyələrdə dəfələrlə qaldırılmış və dərman vasitələrinin qiymətlərinin tənzimlənməsində qayda yaratmaq məqsədilə müəyyən tədbirlər görülmüşdür.
Tarif (qiymət) Şurasının ötən il keçirilən iclaslarında Azərbaycanda istehsal olunan və xaricdən alınıb gətirilən dərman vasitələrinin dəyərləri təsdiqlənmiş və preparatların siyahısı həm rəsmi və qeyri-rəsmi qəzetlərdə, həm də Tarif Şurasının rəsmi internet saytının (www.tarif.gov.az) “Dərman vasitələri” bölməsində yerləşdirilmişdi.
Şuranın 2022-ci il avqustun 31-də keçirilmiş iclasında bildirilmişdir ki, ticarət adı, farmasevtik forması, təsir-edici maddəsinin adı, dozası, ticarət qablaşdırılması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, indiyədək qiymətləri təsdiq edilmiş dərman vasitələrinin sayı 13 min 347-yə çatdırılmışdır. Təsəvvür edirsinizmi, bu qədər adda dərman vasitələrinin siyahısı və təsdiq olunmuş qiymətləri mətbuatda dərc olunmuşdur.
Bundan sonra bir müddət dərmanların qiymətlərindəki fərq aradan qalxdı. Amma dərman vasitələrini kənardan ölkəmizə gətirənlərinmi, yaxud satışı təşkil edənlərinmi təqsiri ucbatından Azərbaycan apteklərində qiymətlər, necə deyərlər, “alışıb yanır”. Eyni ölkənin və eyni müəssisənin istehsalı olan dərmanların qiymətləri qonşu dövlətlərdəkindən, deyək ki, Türkiyədən, Gürcüstandan, İrandan... bir neçə dəfə bahadır...
Bu, bir yana qalsın, son zamanlar ayrı-ayrı apteklərdə satılan dərmanların qiymətlərində də “oynamalar” başlanıb.
Fevralın 20-də Rəşid Behbudov və 28 May küçələrinin kəsişməsində yerləşən Mərkəzi depo aptekindən bir qutu “Flomax MR” aldım. Otuz bir manat ödədim. Hollandiyanın lisenziyası ilə Türkiyədə istehsal edilmiş 1 qutunun içərisində 30 kapsul olur. Son bir neçə ildə bu dərmandan istifadə etdiyimə görə qiymətlərdəki fərqi hiss edirəm. Əvvəllər 19 manata alırdım, sonra tədricən 27 manata qalxdı. Satıcı qızdan qiymətin qalxması səbəbini soruşdum.
– Bizə depodan o qiymətə gəlir, – dedi.
– Bəs depo aptekinin digərlərindən fərqi nədir? – soruşdum.
Cavab verdi ki, biz, onlardan fərqli olaraq, bəzi mallara endirimlər eləyə bilirik.
Satış qəbzini aldım. Qəbzdə aldığım malın adı yazılmamışdı...
Oradan çıxıb 28 May küçəsindəki “Elit” aptekinə girdim. Satıcı “Flomax MR” dərmanını gətirdi, qutunun üzərində “27 manat” yazılmışdı. Fikirləşdim ki, bəlkə bunlar malı əvvəlcədən alıblar, qiymətlər sonradan qalxıb. Malı nə vaxt aldıqları ilə maraqlandım. Satıcı: “Yenicə almışıq”, – dedi. Deməli, hər şey aydındır...
Apteklərin bəzilərində nəzarətsizlikdən özbaşınalığa, əliəyriliyə və digər qanun pozuntularına yol verilir. Dərman preparatlarının qiymətlərinin həddən artıq baha olması isə... Milli Məclisin son iclaslarının birində deputatlar bu barədə konkret faktlarla və hərtərəfli danışmışlar. Vəziyyəti nizama salmaq üçün, görünür, daha ciddi tədbirlərə ehtiyac var.
5 ilədək dəyişməz 14,5%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
© Q.PİRİYEV, “Xalq qəzeti”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 2 saat əvvəl
-
3 saat əvvəl
56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
-
3 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
4 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
4 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
4 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı




















