Bankların kapital bazarında birbaşa iştirakı müzakirə edilib - MƏRKƏZİ BANKDA GÖRÜŞ
Mərkəzi Bankın rəhbərliyi Milli Depozit Mərkəzi (MDM), Bakı Fond Birjası (BFB) və investisiya şirkətlərinin rəhbərləri ilə görüşüb.
Marja xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Tvitter səhifəsində bildirib.
Sədr qeyd edib ki, görüşün məqsədi kapital bazarında 2022-ci il üzrə görülmüş işlərin, bazar infrastrukturunun müasirləşdirilməsi kimi aktual məsələlərin, habelə 2023-cü il üzrə prioritetlərin müzakirəsindən ibarət olub.
Görüşdə 2022-ci il ərzində Mərkəzi Bank tərəfindən qiymətli kağızlar bazarının inkişaf etdirilməsi üzrə çoxşaxəli tədbirlər barədə məlumat verilib.
"Görüş iştirakçıları ilə investisiya şirkətlərinin rəqabətyönülmü fəaliyyətinin təşviqi, bankların kapital bazarında birbaşa iştirakı, qlobal depozitarlarla əlaqələrin qurulması, bazar iştirakçılarının kapital adekvatlığı tələbləri mövzularında fikir mübadiləsi apardıq",- Taleh Kazımov bildirib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























