Türkiyə zəlzələsi: JPMorgan infrastruktura dəyən zərərin 25 milyard dollar olduğunu təxmin edir
ABŞ bankı bildirib ki, əkiz zəlzələlərin dağıntıları ümumi daxili məhsulun 2,5 faizini təşkil edə bilər.ABŞ-ın qlobal maliyyə şirkəti JPMorgan bildirib ki, 6 fevral zəlzələsi nəticəsində Türkiyədə infrastrukturun dağılması nəticəsində yaranan zərər ümumi daxili məhsulun (ÜDM) 2,5 faizi həcmində və ya 25 milyard dollar təşkil edə bilər.
Marja xəbər verir ki. 7,7 və 7,6 bal gücündə zəlzələlər Türkiyənin cənub-qərbində 13 milyondan çox insanın yaşadığı 10 şəhərə ziyan vurub. Zəlzələlər Suriyanın şimal-qərbinə də təsir edib.
İndiyədək zəlzələlər nəticəsində 38 min insan həlak olub ki, bu da ölkənin müasir tarixində ən ölümcül hadisədir.
Bu arada, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) cümə axşamı dərc etdiyi hesabatda bildirib ki, Türkiyədə zəlzələnin potensial iqtisadi təsirləri bu il ölkənin ÜDM-nin 1% azalması ilə nəticələnə bilər. Bank əlavə edib ki, bu, infrastruktur və təchizat zəncirlərinə mənfi təsirləri kompensasiya edəcək bu ilin sonunda yenidənqurma işlərindən gözlənilən təkan səbəbiylə "məqbul hesablamadır".
AYİB hesabatında bildirilir ki, Türkiyədə ÜDM artımı 2022-ci ildə əhəmiyyətli dərəcədə yavaşlayıb.
Həmçinin hesabatda qeyd edilib ki, artan xarici maliyyə tələbləri və qarşıdan gələn seçkilərlə bağlı siyasi qeyri-müəyyənlik əhəmiyyətli iqtisadi zəifliklər yaradıb.
Keçən həftə Türkiyə Müəssisələr və Biznes Konfederasiyası hesabatında bildirib ki, zəlzələlərin vurduğu ziyan 84,1 milyard dollara və ya ölkənin ÜDM-nin təxminən 10 faizi qədər ola bilər. Hesabatda maliyyə zərərinin 70,75 milyard dollarının mənzil itkisi, 10,4 milyard dollarının milli gəlir itkisi və 2,91 milyard dollarının iş günlərində itki olacağı təxmin edilir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölümcül zəlzələlərin vurduğu əraziləri bir il ərzində bərpa edəcəyinə söz verib.
Dünya Bankının Yaxın Şərq və Şimali Afrika üzrə vitse-prezidenti Ferid Belhajın sözlərinə görə, Türkiyə və Suriyada yenidənqurma işlərinin xərcinin “milyarlarla dollarla” olacağı gözlənilir.
1999-cu ildə 17.000-dən çox insanın ölümü ilə nəticələnən zəlzələ 51,1 milyard dollar itki ilə nəticələnmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
11 saat əvvəl
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
-
12 saat əvvəl
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
-
13 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15% olan istiqrazlar ticarətə buraxılacaq - TARİX
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
-
13 saat əvvəl
Süd məhsullarının istehsalçılarına ubsidiyaların verilməsi planlaşdırılır
-
13 saat əvvəl
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
-
14 saat əvvəl
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
-
14 saat əvvəl
Qızılın qiyməti üzrə dünyanın ən yaxşı proqnoz verən qurumları - SİYAHI
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
Ən çox oxunanlar
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR








.webp)








.jpg)









