“Freedom Holding Corp.” 62,9 milyon dollar xalis mənfəət əldə etdiyini açıqlayıb
(®) “Freedom Holding Corp.” 2023-cü ilin III rübü üzrə 62,9 milyon dollar xalis mənfəət əldə etdiyini açıqlayıb.
31 dekabr 2022 və 2021-ci il tarixlərində başa çatan 3 ay ərzində holdinqin gəliri müvafiq olaraq 214,5 milyon dollar və 155,2 milyon dollar təşkil edib. Gəlirin 59,3 milyon dollar və ya 38% dəyişməsi isə əsasən aşağıdakıların artması ilə əlaqədardır:
- Emitentin faiz gəlirləri 46,6 milyon dollar, yəni 138% artaraq 33,7 milyon dollardan 80,3 milyon dollara yüksəlib. Bu artım ticarət portfelinin artımı və portfeldəki istiqraz payının genişlənməsi, müştərilər tərəfindən daha geniş istifadə edilməsi nəticəsində marja kreditləri üzrə faiz gəlirləri, habelə şirkətin kredit portfelinin artması ilə əlaqədardır;
- Valyuta əməliyyatlarından qalan xalis mənfəət 19,5 milyon dollar, qiymətli kağızların ticarətindən qalan xalis mənfəət isə 17,8 milyon dollar təşkil edib;
- Sığorta gəliri 21,4 milyon dollardan 28,6 milyon dollara yüksəlib;
- Şirkətin əməliyyatlarının qısamüddətli maliyyələşdirilməsi üçün valyuta svopları ilə əlaqədar 21,2 milyon dollar məbləğində törəmə maliyyə alətləri üzrə xərc yaranıb.
2023-cü maliyyə ilinin III rübündə holdinqin xərcləri 67,9 milyon dollar, yəni 71% artıb. Bu, aşağıdakı amillərlə bağlıdır:
- Dəyərsizləşmə üzrə ehtiyatın tanınmasında 24,4 milyon dollar artım;
- 2022-ci maliyyə ilinin eyni dövrü ilə müqayisədə hesabat rübündə şirkətin kredit portfelinin artması ilə əlaqədar REPO əməliyyatları və müştəri depozitləri üzrə faiz xərclərində 30,1 milyon dollar, yəni 137% artım;
- Əməliyyat xərclərində 19 milyon dollar artım.
“Freedom Holding Corp.” bu dövr ərzində 62,9 milyon dollar xalis mənfəət əldə edib. Bundan əlavə, holdinqin 59,5 milyon ədəd səhminin orta ölçülmüş sayı əsasında hesablanan hər səhm üzrə mənfəəti isə 1,38 dollar təşkil edib. Digər məcmu gəlirlər 45,7 milyon dollardan 57,5 milyon dollara yüksəlib. Holdinq aktivləri 66% artaraq 3,228 milyon dollardan 5,368 milyon dollara, öhdəliklər isə 75% artaraq 2,681 milyon dollardan 4,686 milyon dollara çatıb.
31 dekabr 2022-ci il etibarilə holdinqin broker müştəri hesablarının sayı 346 min ədəd təşkil edib. Bu, 2022-ci təqvim ilinin 30 sentyabr tarixinə olan broker müştəri hesablarının sayından 36 min ədəd, yəni 10% çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 3 gün sonra
-
- 6 d. əvvəl
-
17 d. əvvəl
Azərbaycanın aparıcı toyuq əti istehsalçısı yenidən təşkil olunur
- 20 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
ABB Invest 2025-ci il üzrə müsbət artım dinamikasını qoruyub saxladı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Trampın "Çin ABŞ neftini almağa razılaşıb" açıqlamasından sonra neft daha da bahalaşıb
-
2 saat əvvəl
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 29 GÜN
AZAL bu gündən Dubay istiqamətində uçuşları bərpa edir
ABB Invest 2025-ci il üzrə müsbət artım dinamikasını qoruyub saxladı
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Trampın "Çin ABŞ neftini almağa razılaşıb" açıqlamasından sonra neft daha da bahalaşıb
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Rəsmi məzənnələr açıqlandı
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” şirkətinin Direktorlar şurasının tərkibi yenidən seçiləcək
Çin Boeing-dən 200 təyyarə sifariş edəcək






.jpg)








.jpg)




