"Azərbaycanda bu rayonlar 8 ballıq zəlzələ zonalarıdır"
"Azərbaycanda Quba-Xaçmaz, Şamaxı-İsmayıllı zonaları, Şəki-Zaqatala, Balakən zonası, Gəncə, Naxçıvan, Talış zonaları yüksək – 8 ballıq zonalardır. Hazırda bu zonalarda seysmik cəhətdən aktivlik yoxdur".
Marja xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli bildirib.
O, "Son illərdə Zaqatala - Balakəndə 2012-ci ildə, Şamaxı-İsmayıllı bölgəsində isə 2019-cu ildə baş verən zəlzələlər nəticəsində evlərin çatlaması, zədələnməsi və dağılması hallarına rast gəldik" deyərək əlavə edib:
"Seysmoloji tədqiqatların aparılması və əldə edilən nəticələrin tikintilərin inşasında nəzərə alınması vacibdir. Respublikada elə bir seysmogen ərazi yoxdur ki, orada həmin proseslərə hazırlıq getsin, yaxud aktivlik olsun ki, həyəcan təbili çalaq. Yəni yaxın zamanlarda dağıdıcı, zəlzələ ehtimalı yoxdur".
"AYRI-AYRI BÖLGƏLƏRİN HANSI SEYSMİK BALLIQ OLDUĞUNU GÖSTƏRƏN XƏRİTƏYƏ EHTİYAC VAR"
Qurban Yetirmişli bildirib ki, 1978-ci ildə ümumi seysmik rayonlaşdırma xəritəsi olub:
"1988-ci ildə Spitakda (Ermənistanda şəhər - red) baş verən güclü zəlzələdən sonra avtomatik olaraq seysmik balları qaldırıldı. Məsələn, Bakıda əvvəllər bu seysmik bal 7 idisə, ondan sonra 8 bal hesabladılar. Buna səbəb Spitakda zəlzələ baş verəndə onun seysmik xəritəsində 7 balın göstərilməsi idi. Zəlzələnin gücü isə 9 baldan da artıq idi. 2013-cü ildə Azərbaycanın seysmik rayonlaşdırma xəritəsinin tərtib edilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət olundu. Əlbəttə, bu proses uzun çəkdiyindən başa çatmayıb. Ayrı-ayrı bölgələrdə, rayonlarda stansiyalar quraşdırmaq, onların yazılarını götürmək, onları emal etmək lazımdır. Bir sözlə, dəqiqliklə seysmik rayonlaşdırma xəritəsini yeniləmək lazımdır. Respublikanın ayrı-ayrı bölgələrinin hansı seysmik ballıq olduğunu müəyyən etmək üçün belə bir xəritəyə ehtiyac var. Təbii ki, yenilənmiş formada. Çünki hər hansı tikinti aparılarkən bu baza məlumatlar vacibdir. Şübhəsiz, tikinti işlərinin aparılması üçün tədqiqat işlərinin aparılması mütləq gərəkdir".
"HƏR BİR AVADANLIĞIMIZ VAR"
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru qeyd edib ki, Azərbaycanda 2000-ci ildə baş verən zəlzələdən sonra 14 komplekt ən müasir avadanlıqlar alınıb: "İndi onların sayı 35-dir. Hazırda təkcə seysmik stansiyaların sayı 84-dür. Bundan başqa GPS–lərimiz var. Yer elmləri sahəsində bütün tədqiqatların aparılması üçün hər bir avadanlığımız var ki, bunlar da yer daxilində gedən bütün prosesləri izləməyə, onların dərinliyini araşdırmağa imkan verir. Aktivliyin getdiyi xəritələri qururuq. Yerin daxilində olan blokların hərəkətləri, istiqaməti, sürətini öyrənmək üçün bütün imkanlar mövcuddur. Eyni zamanda, xarici ölkələrin seysmoloji mərkəzləri, dünyanın ən qabaqcıl universitetləri ilə əməkdaşlıq edir, bu sahədə təcrübələrimizi zənginləşdiririk".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)
.jpg)







.jpg)






