Nağdsız ödənişlərin həcmi 2,1 dəfə artıb
2022-ci il ərzində ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların ümumi həcmi 2021-ci il ilə müqayisədə 56% artaraq 56.4 mlrd. manat, o cümlədən nağdsız ödənişlərin həcmi 2.1 dəfə artaraq 24.4 mlrd. manat olmuşdur. Ödəniş kartları ilə aparılmış ölkədaxili əməliyyatlarda nağdsız hesablaşmaların xüsusi çəkisi 2022-ci il ilə müqayisədə 11.4% bəndi yüksələrək 43.2%-ə bərabər olmuşdur.
Marja xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının 2022-ci ilin Rəqəmsal ödənişlər icmalında bildirilir.
Qeyd edilib ki. ölkədə ödəniş kartları ilə aparılan nağdsız ödənişlərin böyük hissəsi elektron ticarət əməliyyatlarının payına düşmüşdür. 2022-ci il ərzində elektron ticarət əməliyyatlarının sayı 2021-ci il ilə müqayisədə 2.4 dəfə artaraq 261 mln. ədəd, həcmi isə 2.5 dəfə artaraq 18.5 mlrd. manat olmuşdur.
Təsərrüfat subyektlərində 2022-ci il ərzində POS-terminal vasitəsilə aparılan nağdsız əməliyyatların sayı 2021-ci il ilə müqayisədə 89.4% artaraq 199 mln. ədəd, həcmi isə 47.7% artaraq 5.8 mlrd. manat olmuşdur. O cümlədən, 2022-ci il ərzində POS-terminallarla aparılan təmassız ödənişlərin sayı 2021-ci il ilə müqayisədə 2.6 dəfə artaraq 183.2 mln. ədəd, həcmi isə 2 dəfə artaraq 4.9 mlrd. manat olmuşdur.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 6 saat əvvəl
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























