"KredAqro" BOKT ötən ili mənfəət ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİ
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı 2022-ci ilin yekunlarına əsasən əsas maliyyə göstəriciləri üzrə müsbət nəticələr göstərmiş və bazarda mövqeyini qoruyub saxlamışdır.
Təşkilatın yaydığı press-relizdə bildirilir ki, real sektorun dəstəklənməsi istiqamətində aktiv fəaliyyətlərini davam etdirən “KredAqro” BOKT MMC ötən ilin sonunu xalis mənfəətlə başa vurmuş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 105.14% artıma nail olmuşdur.
Qeyd edilib ki, 2022-ci ilin yekunlarına görə, “KredAqro” BOKT MMC-nin cəmi aktivləri ötən ilin analoji dövrü ilə müqayisədə 17.64%, o cümlədən müştərilərə verilmiş kreditləri 17.59% artmışdır. Bu dövrdə əvvəlki ilin sonu ilə müqaisədə təşkilatın faiz gəlirləri 2 dəfə artmış, həmçinin digər müsbət göstərici olaraq gücləndirilmiş iş sayəsində problemli kreditlərin səviyyəsi 48% azalmışdır.
"Təşkilatın maliyyə göstəricilərinin ötən ilin analoji dövrü ilə müqaisədə əhəmiyyətli müsbət dinamikası qarşıdakı illərdə də bu tendensiyanı qoruyacağı və gəlirlərinin artacağından xəbər verir",- press-relizdə qeyd edilib.
2000-ci ildən etibarən fəaliyyət göstərən “KredAqro” BOKT MMC ölkənin müxtəlif regionlarında 11 satış nöqtəsi ilə müştərilərinin xidmətindədir və 22 illik təcrübəsi ərzində müxtəlif dövrlərdə BOKT-lar arasında top 3-lükdə yer almışdır. Təşkilat öz müştərilərinə biznes, şəxsi istehlak, kənd təsərüffatı, lizinq və lombard kreditlərini təklif edir. Müştərilərə göstərilən xidmətlərin keyfiyyətini müntəzəm olaraq yüksəldilməsi və bu xidmətlərin çeşid və əhatə dairəsinin genişləndirilməsi Təşkilatın əsas məqsədlərindən biridir.
“KredAqro” BOKT MMC-nin ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz. “KredAqro” BOKT MMC–nin təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 4412134 Məlumat Mərkəzinə zəng edərək, habelə Təşkiatımızın rəsmi web səhifəsini və ya sosial şəbəkələrdəki (Facebook, Instagram, və.s) səhifələrini izləyərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 6 saat əvvəl
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz


























