"FIRE" hərəkatı nədir? Doğru investisiya ilə gələcəyinizi təminat altına alın
(®) Həftədə orta hesabla 45 saat işləyirik, qarşılığında qazandığımız məvacib ilə həyatımızı yaxşılaşdıracağına inandığımız bir çox lazımsız xərcləmələr edirik, lakin yenə də özümüzü tam olaraq xoşbəxt hiss edə bilmirik. Bu nizam-intizama öyrəşdiyimiz üçün başqa həyatın mövcudluğu barədə düşünmək və komfort zonamızı tərk etmək isə bizə çətin gəlir.
Bəs özümüzə və sevdiklərimizə daha çox vaxt ayıra biləcəyimiz, verdiyimiz qərarlarda maddiyatın ön planda olmadığı həyata sahib olmaq bu qədərmi çətindir? 90-cı illərin əvvəllərində Amerikada yaranan, daha sonralar isə internet vasitəsilə bütün dünyaya yayılan “FIRE” hərəkatı ilə belə həyat əlçatandır. Bəs ənənəvi iş yükündən yorulan və ən azı 65 yaşında pensiyaya çıxa bilən Y və Z nəsli tərəfindən qəbul edilən erkən yaşda maliyyə azadlığı və erkən pensiyaya çıxma hərəkatı “FIRE” nədir?
“Financial Independence Retire Early” (FIRE) sizi 60 yaşına çatmadan pensiyaya çıxa bilmək üçün qənaət etməyə və gəlirinizin bir qismini investisiya etməyə çağıran hərəkatdır. Əmanətləriniz inflyasiya faktoru ilə pensiyaya çıxdıqdan sonra xərclərinizi ödəyə bilirsə, deməli, siz artıq bu yolda məqsədinizə nail olmusunuz.
“FIRE” hərəkatının məqsədi investorların vaxtlarını necə keçirəcəklərini seçə bilməsi üçün maliyyə azadlığına nail olmaqdır. Bəs maliyyə azadlığı sizə nə verir? Sevdiyiniz işlə məşğul olmaq üçün əməkhaqqı baxımından güzəştə getmək, tez-tez səyahət etmək, arzusunda olduğunuz əşyalara sahib olmaq, gün ərzində daha çox yatmaq üçün yarımştat işləmək və ya ümumiyyətlə işləməmək… Siyahını əlbəttə ki, artırmaq olar. “Vanguard Digital Advisor”ın 2021-ci ildə apardığı “Fuel for the F.I.R.E.” sorğusuna görə millennialların 22%-i 60 yaşına çatmamış pensiyaya çıxmağa ümid bəsləyir.
Maliyyə azadlığına necə nail olmaq olar?
Qazandığımızdan qat-qat az xərcləyib yaranan fərqlə investisiya etməyi hədəfləyirik. “FIRE” hədəfləyən insanlar büdcələrini planlaşdıraraq aqressiv qənaət dərəcələrinə nail olmağı qarşılarına məqsəd qoyurlar. Daha sonra isə qənaət edilən bu məbləğlə passiv gəlir əldə etmək üçün müxtəlif yollardan istifadə edilir. Məsələn, ev almaq və onu icarəyə vermək, müddətli depozit hesabı açıb gəlir qazanmaq və ya səhmlərə sahib olmaq, dividend almaq kimi müxtəlif investisiya alətləri fərqli mənbələrdən gəlirlər əldə etməyə imkan verir. Bu investisiyalar qoyulandan sonra isə pul öz-özünə sizə qayıtmağa başlayır. Daha sonra bu gəlirlər yenidən investisiyaya çevrilir və onlardan da gəlir əldə edilir. Zaman keçdikcə gəlirləriniz çoxalmağa davam edir. Buna “The Miracle of Compound Returns” (az. Mürəkkəb Gəlir Möcüzəsi) deyilir.
Uğurlu investor olmaq üçün nələri bilməlisiniz?
Uğurlu investor olmaq üçün isə pulunuzun sizə işləməsi vacib faktordur. Pul vəsaitərinizi doğru investisiya etməklə yanaşı, həm də düzgün şəkildə idarə etməlisiniz.
Fond bazarları, birjalar, səhmlər və investisiya etmək anlayışları sizə yaddırsa, bu mövzuda mütəxəssis dəstəyi almaq vacibdir. Hazırda 10-dan çox ölkədə öz fəaliyyətini davam etdirən və bu sahədə 15 ilə yaxın təcrübəyə malik “Freedom Finance Azerbaijan” şirkəti investisiya qoyuluşu, fond bazarları, beynəlxalq birjalar və birjalarda ticarətlə bağlı maarifləndirmə sahəsində mütəmadi olaraq təlimlər keçirməkdədir. Səhmləri “Nasdaq” birjasında ticarət olunan və 4,7 milyarddan çox aktivə sahib olan şirkətin mütəxəssisləri tərəfinən keçirilən təlimlərdə siz fond bazarı, birjalar, səhmlər, istiqrazlar və digər maliyyə alətləri haqda geniş məlumat əldə etməklə yanaşı, investisiya zamanı qiymətli kağızların fundamental və texniki analizi barədə də maariflənəcəksiniz. Praktiki dərs ilə başa çatacaq proqram nəticədə sizə sərbəst şəkildə investisiya qoymağın yollarını öyrədəcək.
Sizi maraqlandıran istənilən suala cavab tapmaq və təlimlər barədə ətraflı məlumat almaq üçün “Freedom Finance Azerbaijan” şirkətinin Instagram, Facebook və Linkedin səhifələrinə yaza və ya aşağıdakı əlaqə vasitələri ilə şirkətə müraciət edə bilərsiniz:
Xocalı prospekti 37, Dəmirçi Plaza, 22-ci mərtəbə
(+99412) 310 35 58
(+99451) 205 04 41
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 5 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
10 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
11 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
11 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
















.jpg)



