Pensiyalar 14,7 faiz artır
1,1 milyon pensiyaçını əhatə edən yeni artımlar üçün illik əlavə olaraq 728 milyon manat xərclənəcəkPrezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 10 fevral 2023-ci il tarixli Sərəncamı ilə pensiyalar 14,7% artır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Marja-ya daxil olmuş məlumata görə, Sərəncamla 2023-cü il 1 yanvar tarixinədək təyin edilmiş pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2022-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 14,7 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır.
Yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək. Məsələn, şəxsin pensiyası 400 manatdırsa, bu məbləğ cari il yanvarın 1-dən 14,7 faiz, yəni 58,8 manat artırılmaqla 458,8 manata çatdırılacaq, yanvar ayının 58,8 manat artımı da fevral ayında veriləcək.
Ümumilikdə 1,1 milyon pensiyaçını əhatə edən bu yeni artımlar üçün illik əlavə olaraq 728 milyon manat xərclənəcək.
Yeni qanunla bu ilin əvvəlindən pensiya artımı sahəsində vahid indeksasiya metoduna keçilməsi hər il indeksləşdirmə əsasında pensiya artımının ilk dəfə olaraq bütün növ pensiyalara şamil olunmasına imkan verib. Növbəti illərdə də bütün növ pensiyaların indeksasiya metodu ilə artırılması davam etdiriləcəkdir.
Beləliklə, hazırkı artım həm ümumi əsaslarla pensiya təyin olunmuş, həm də qulluq stajına görə əlavə alan pensiyaçılara (pensiyaçı hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.) şamil olunacaqdır.
Bundan əvvəl isə ötən il pensiyaçılara ödənilən maddi yardımlar 2023-cü ilin əvvəlindən onların pensiyalarının tərkibinə daxil edilib. Maddi yardım daxil edilərək artırıldıqdan sonra yaranan pensiya məbləği bu dəfə indeksləşdirilərək artırılır.
Məsələn, 2022-ci ildə ayda 800 manat pensiya və onun 10 faizi miqdarında (80 manat) maddi yardım almış hərbi qulluqçunun pensiyası tərkibinə bu ilin əvvəlindən həmin 80 manat daxil edilib və yaranan 880 manat pensiya məbləği bu dəfə indeksləşdirilərək 14,7 faiz (129,36 manat) artırılmaqla 1009,36 manata yüksəlir.
Sərəncamla tətbiq edilən indeksasiya üzrə artım 2022-ci il üzrə orta inflyasiya dərəcəsini (13,9 faizi) üstələyir.
Eyni zamanda, Sərəncamla istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarındakı pensiya kapitalları da 13,9 faiz indeksləşdirilməklə artırılır.
Bu da əmək müqaviləsi əsasında işləyən şəxslərin fərdi hesablarındakı pensiya kapitalının təkcə hər ay onların əməkhaqlarından sosial sığorta ayırmaları ilə deyil, həmçinin hər ilin əvvəlində dövlət tərəfindən indeksləşdirmə əsasında da mütəmadi artmaqda olduğunu göstərir.
Pensiyaların indeksləşdirilərək artırılması elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçiriləcək, hər hansı sənəd təqdim etməyə, müraciət etməyə ehtiyac yoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
1 saat əvvəl
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
-
2 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15% olan istiqrazlar ticarətə buraxılacaq - TARİX
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
-
2 saat əvvəl
Süd məhsullarının istehsalçılarına ubsidiyaların verilməsi planlaşdırılır
-
2 saat əvvəl
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
-
2 saat əvvəl
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
-
3 saat əvvəl
Qızılın qiyməti üzrə dünyanın ən yaxşı proqnoz verən qurumları - SİYAHI
-
3 saat əvvəl
Rusiya sülhü qəbul etməzsə…: ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
Ən çox oxunanlar
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR
Bakı limanında “mafiya filmi” ssenarisi
OpenAI Amazon ilə 10 milyard dollar investisiya və süni intellekt çiplərindən istifadə barədə danışıqlara başlayıb








.webp)



.jpg)










.jpg)



