“Azərpoçt” vasitəsi ilə 2 gündə Türkiyəyə 255 min ABŞ dolları göndərilib
Fevralın 6-7-si tarixlərində Azərbaycan vətəndaşları tərəfindən Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlara Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan “Azərpoçt” MMC üzərindən beynəlxalq pulköçürmələri sistemləri vasitəsilə 255 min ABŞ dolları məbləğində vəsait göndərilib.
Bu barədə Nazirlikdən məlumat verilib.
Bildirilir ki, bu gündən adıçəkilən qurumun bütün ölkə üzrə poçt şöbələrində yardımların qəbuluna və göndərilməsinə başlanılır.
Göndərişlərə görə heç bir xidmət haqqı alınmır. Bununla belə bağlamaların qəbulu və qablaşdırılması adi poçt göndərişi qaydasında həyata keçirilir, yəni göndərilən mallar vətəndaşın iştirakı ilə siyahıya alınır və qablaşdırılır.
Vətəndaşlardan yardımların hazırlanması zamanı Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) qoyduğu tələblərə riayət etmələri xahiş olunur. Qeyd olunur ki, istifadə olunmuş geyimlər və əşyalar gigiyenik şərtlər və epidemiya riski baxımından qəbul olunmur.
Bundan əlavə, tez xarab olan və daşınması mümkün olmayan məhsullar göndəriş üçün qəbul edilmir.
Nazirlik yardım məqsədilə aşağıdakı geyim və əşyaların göndərilməsi tövsiyə edir:
Geyimlər: palto, plaş, papaq, şərf, əlcək, qış ayaqqabıları, isti üst geyimləri, alt paltarları
Digər əşyalar: çadır, döşək, yorğan, yastıq, termos, uşaq bezləri, əl fənəri, generator.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
1 saat əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
2 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
Ən çox oxunanlar
SpaceX rekord IPO-ya hazırlaşır
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin







.jpg)








.jpg)





