Neft qiymətləri Türkiyədən gələn xəbərlərə reaksiya vermədi
Türkiyədə baş verən zəlzələnin fəsadları ilə bağlı xəbərlərdən sonra neft nəzərəçarpacaq reaksiya göstərməyibDünya neft qiymətləri Türkiyə və Suriyanın infrastrukturuna təsir edən dağıdıcı zəlzələnin nəticələrinə nəzərəçarpacaq reaksiya göstərmir.
Botaş bildirib ki, Türkiyədə baş verən zəlzələ neft boru kəmərlərinə ziyan vurmayıb.
Bakı vaxtı ilə saat 13:00-a olan məlumata görə, Brent markalı neftin aprel fyuçerslərinin qiyməti 0,85% artaraq 80,62 dollar/barel, WTI markalı neftin mart fyuçersləri 0,65% artaraq 73,87 dollar olub.
Türkiyənin cənubunda, Kahramanmaraş vilayətində saat 05.17-də 7,4 bal gücündə zəlzələ baş verib. Suriyanın bir sıra bölgələrində də dağıntılar olduğu bildirilir, yeraltı təkanlar Livanın paytaxtı Beyrutda da hiss olunub. Son məlumatlara görə, Türkiyədə 284 nəfər zəlzələnin qurbanı olub, təxminən 2,5 min nəfər yaralanıb.
Reuters xəbər verir ki, zəlzələ ilə əlaqədar Türkiyənin böyük neft limanı olan Ceyhanda əməliyyatlar dayandırılıb.
Suriyada isə Tartus əyalətindəki ən böyük neft emalı zavodunun fəaliyyəti dayandırılıb. Ölkənin Neft və Mineral Ehtiyatlar Nazirliyinin məlumatına görə, zəlzələ nəticəsində zədələnmiş avadanlıqların təmiri ən azı 48 saat çəkəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
3 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 43 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
1 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib





















