Avropa bankı müsabiqəyə start verir - Azərbaycan da dəvət olunur
Qida sənayesində üzləşdikləri əsas problemlərin həlli istiqamətində startaplara dəstək veriləcək. Qalib startaplar mentorluqlar, qrantlar, əməkdaşlıqlar və tanınma imkanları da daxil olmaqla mükafatlar qazanacaqlarAvropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) başlanğıc mərhələdə olan innovativ aqrar müəssisələri dəstəkləmək məqsədilə AYİB-in sərmayə yatırdığı bütün ölkələrdən təqdimatları qəbul edərək “AgVenture” müsabiqəsinə start verir.
Bankın yaydığı məlumatda bildirilir ki, Müsabiqə qida təhlükəsizliyi, iqlim dəyişikliyi, hədəf qrupların və kiçik bizneslərin qlobal dəyər zəncirlərinə daxil edilməsi kimi qida sənayesindəki əsas problemləri həll etməyi hədəfləyir.
"Nəzərə alsaq ki, dünya əhalisinin 2012-ci ildə təxminən 7 milyarddan 2050-ci ildə 9,6 milyarda yüksələcəyi gözlənilir, ərzaq təhlükəsizliyi qlobal miqyasda ən aktual problemdir. Bundan əlavə, iqlim dəyişikliyi temperaturun artması ilə qida zəncirindəki bütün fəaliyyətlərə mənfi təsir göstərir, məsələn, kənd təsərrüfatı sahələrində su problemi artmağa davam edir.
AYİB innovativ məhsulların, xidmətlərin və texnologiyaların inkişafını daha da sürətləndirmək və qida istehsalını daha dayanıqlı, səmərəli və inklüziv etməklə bu problemlərin bəzilərini həll etmək istəyir",- məlumatda deyilir.
Qeyd edilib ki, qalib startaplar AYİB-in “Star Venture” proqramı vasitəsilə 80 000 avroya qədər olan xüsusi məsləhət dəstəyindən və əlavə xidmətlər, əməkdaşlıqlar və beynəlxalq forumlarda tanınma imkanları üçün 10 000 avro qrantdan faydalanacaqlar.
AYİB-in mövcud və potensial müştəriləri də qabaqcıl texnologiyaları dəstəkləməklə və ya korporativ vençur kapitalı kimi maliyyə ilə təminatı həyata keçirməklə startap sektorunda daha fəal rol almağa təşviq ediləcəklər.
Qeyd edilib ki, müsabiqəyə onlayn tədbir zamanı start verilib. İnvestorları gələcək iştirakçılarla əlaqələndirmək məqsədi daşıyan bu tədbir zamanı məruzəçilər tərəfindən qida sənayesi və aqrar sahələrdə agro-texnoloji startaplarda axtarılan kriteriyaları elan edilib. Tədbirdə “Fresh Start” qida-texnoloji inkubatorunun baş direktoru Noga Sela-Şalev və panel iştirakçıları Yan Kobler, “South Central Ventures” şirkətinin idarəedici partnyoru, Robin Saluoks, “eAgronom” şirkətinin baş direktoru və Mikol Çiesa Çörçill, Planet Fondunun İqlim Elmləri üzrə partnyoru və rəhbəri iştirak ediblər.
Qalib startaplar aprel ayının sonunda elan olunacaq.
Məlumat üçün qeyd edək ki, AYİB 1991-ci ildən bəri açıq bazar yönümlü iqtisadiyyatlara keçidi və sahibkarlıq təşəbbüsünü təşviq etmək üçün üç qitədə 6500-dən çox layihəyə 180 milyard avrodan çox sərmayə qoyub.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
-
4 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
6 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
7 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 8 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır













.jpg)



.jpg)








