İxrac icmalının yanvar sayı təqdim olunub
“İxrac icmalı”nın yanvar sayına əsasən, 2022-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın ümumi ixracı 38,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 3,05 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin on iki ayı ilə müqayisədə 12,4% artıb.
2022-ci ilin yanvar-dekabr ayları ərzində kimya sənayesi məhsullarının ixracı 57,7%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 17,5%, alüminium və ondan hazırlanan məmulatların ixracı 15,4%, çay ixracı isə 35,6% artıb.
Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 912,4 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin yanvar-dekabr ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 93%-ini təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,4% artıb.
2022-ci ilin yanvar-dekabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında karbamid (209,7 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (185,2 milyon ABŞ dolları) ikinci, pambıq mahlıcı (173,5 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2022-ci ilin yanvar-dekabr ayları ərzində Rusiya Federasiyasına 928,6 milyon ABŞ dolları, Türkiyəyə 713,1 milyon ABŞ dolları, Gürcüstana 228,4 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 198,5 milyon ABŞ dolları və Qazaxıstana isə 102,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2022-ci ilin dekabr ayının qeyri-neft ixracı 303,5 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin dekabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac 105,6 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 197,9 milyon ABŞ dollarına bərabər olub.
2022-ci ilin dekabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (107,7 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (55,4 milyon ABŞ dolları) ikinci və İsveçrə (31,9 milyon ABŞ dolları) üçüncü olub.
2022-ci ilin dekabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl (29,1 milyon ABŞ dolları) birinci, xurma (23,9 milyon ABŞ dolları) ikinci və pomidor (tomat) (16,8 milyon ABŞ dolları) üçüncü olub.
“İxrac İcmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2022-ci ilin yanvar-dekabr aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.
2022-ci ilin yanvar-dekabr ayları üzrə qeyri-neft sektorunda iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərenerji” ATSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “ASK tütün” MMC, “Azəripək” MMC, “Şəki Şərab” MMC.
2022-ci ilin yanvar-dekabr aylarında “Azərkosmos” tərəfindən dünyanın 42 ölkəsinə 26,6 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos”-un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 82 faizini təşkil edib. 2022-ci ilin dekabr ayında isə “Azərkosmos” dünyanın 36 ölkəsinə 2,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
2022-ci ilin yanvar-dekabr ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 6,5 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 6 milyon ABŞ dolları ilə Fransa, 4,3 milyon ABŞ dolları ilə Lüksemburq, 2,2 milyon ABŞ dolları ilə BƏƏ və 1,5 milyon ABŞ dolları ilə Pakistan qərarlaşıb.
2022-ci ilin dekabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 190,5 milyon manat təşkil edib. 2022-ci ilin yanvar-dekabr aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 2,2 milyard manatlıq əməliyyat aparıblar.
2022-ci ilin yanvar-dekabr aylarında Azexport.az portalına 469,9 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2022-ci ilin dekabr ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 45,4 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin dekabr ayında Azexport.az portalına edilən ixrac sifarişlərinin kərə yağı, tütün, balıq kürüsü, tikinti materialı, alma, pomidor, pambıq yağı, pambıq mahlıcı, soğan, toyuq yumurtası və s. məhsullar üstünlük təşkil edib. Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2022-ci ilin 31 dekabr tarixinə kimi (72 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 3,2 milyard ABŞ dolları təşkil edib.
Həmçinin “İxrac İcmalı”nda göstərilib ki, 2023-cü ilin yanvar ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 9,8 milyon ABŞ dolları olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 18 d. əvvəl
-
20 d. əvvəl
Azərbaycan alma ixracından 37 milyon dollar qazanıb - 14,6%-LİK ARTIM
- 24 d. əvvəl
-
27 d. əvvəl
5 ayda pomidor ixracı 120 milyon dollara yaxın qazanc gətirib
- 30 d. əvvəl
- 35 d. əvvəl
-
41 d. əvvəl
Qızıl ixracı nəzərə alınmasa Azərbaycanın neyri-neft-qaz ixracında artım tempi aşağıdır
-
50 d. əvvəl
Azərbaycan daha çox qaz ixrac edib, amma 489 milyon dollar az qazanıb
-
54 d. əvvəl
Azərbaycanın əsas ixrac sektorunda geriləmə: neft-qaz gəlirləri 7,9% azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycanın xurma ixracında zəifləmə - GƏLİR AZALIB
Azərbaycan xaricə daha az fındıq satıb, daha çox qazanıb
Azərbaycan 5 ayda 354 milyon dollarlıq tərəvəz və meyvə ixrac edib - 55 milyon dollar lıq və ya 18,6%-lik artım
Qızıl ixracı nəzərə alınmasa Azərbaycanın neyri-neft-qaz ixracında artım tempi aşağıdır
Ən çox oxunanlar
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
SpaceX Amazon-dan sonra Microsoft-u da geridə qoydu
SpaceX süni intellekt şirkəti Anysphere-i satın alır - 60 MİLYARD DOLLARLIQ QİYMƏTLƏNDİRMƏ
“Ookla”: Azərbaycanda internet daha da sürətlənib: sabit şəbəkədə 16%, mobil şəbəkədə 31% artım
Azərbaycanın ixracında qızıl effekti: 3,7 milyard dollarlıq qızıl ixracı Azərbaycanın ixrac xəritəsini dəyişib
Neftin qiyməti martdan bəri ilk dəfə 80 dollardan aşağı düşdü: bazarlar Hörmüz boğazının tam açılacağına ümid edir






















