Məişət avadanlıqlarının alınması və təmir ilə bağlı olan kreditlər üzrə faizlər artıb
31 dekabr 2022-ci il tarixinə istehlak kreditləri üzrə orta faiz dərəcələri açıqlanıb.
Marja.az Mərkəzi Bankın “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” tələbindən irəli gələrək istehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair məlumatına istinadən xəbər verir ki, ötən il ən çox məişət avadanlıqlarının alınması və yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər üzrə faizlər artıb.
Orta faiz dərəcəsi - milli valyutada kredit kartı vasitəsilə verilən kreditlər üzrə 1 faiz bəndi artaraq 26%-ə, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər üzrə 2 faiz bəndi artaraq 23%-ə, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər üzrə 2 faiz bəndi artaraq 23%-ə yüksəlib.
Orta faiz dərəcəsi - milli valyutada verilən avtomobil kreditləri üzrə 2 faiz bəndi azalaraq 15%-ə, digər istehlak kreditləri üzrə də 2 faiz bəndə azalaraq 19%-ə düşüb.
Ən yüksək faizlər kredit kartı vasitəsilə verilən kreditlərdədir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























