Bu bankın xalis mənfəəti 20 dəfədən çox artıb
Dövlət bankı "Azər Türk Bank" ASC (ATB) 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, "Azər Türk Bank" 2022-ci ili 11 milyon 20 min manat xalis mənfəət ilə başa vurub. Bank 2021-ci ili 546 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Azər Türk Bank"ın xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 20,2 dəfə və ya 10 milyon 474 min manat artıb. Artım gəlirlərin artmasından qaynaqlanır.
2022-ci ildə "Azər Türk Bank"ın əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 69 milyon 204 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 93,2% və ya 33 milyon 385 manat çoxdur. 2021-ci ildə Bankın əməliyyat gəlirləri 35 milyon 819 min manat təşkil etmişdi. "Azər Türk Bank"ın digər xidmət növlərindən komisyon gəliri kəskin artıb.
2022-ci ildə "Azər Türk Bank"ın əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 50 milyon 588 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 41,8% və ya 14 milyon 911 min manat çoxdur. 2021-ci ildə Bankın əməliyyat xərcləri 35 milyon 677 min manat təşkil etmişdi.
Bankın müştərilərə verilmiş kreditlərdən gəliri, hesabların aparılması üzrə xidmətlərdən komisyon gəliri, xarici valyutadan gəliri (məzənnə dəyişməsi daxil olmaqla) və digər xidmət növlərindən komisyon gəliri artıb.
Ötən il "Azər Türk Bank"ın əməliyyat gəlirləri əməliyyat xərclərini üstələdiyindən Bankın 18 milyon 616 min manat əməliyyat mənfəəti olub. 2021-ci ildə Bankın əməliyyat mənfəəti 142 min manat təşkil etmişdi. Beləliklə, "Azər Türk Bank"ın əməliyyat mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 131 dəfə artıb.
2022-ci ildə "Azər Türk Bank"ın mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırdığı vəsait 4 milyon 142 min manat təşkil edib. 2021-ci il ildə mümkün zərərlər üçün yaradılan ehtiyatdan 747 min manat azad olmuş və mənfəətə əlavə edilmişdi.
AKTİVLƏRİ 1 MİLYARD MANATA YAXINLAŞIB
"Azər Türk Bank"ın cəmi aktivləri 2021-ci illə müqayisədə 2022-ci ildə 2,4 (140%) və ya 557 milyon 829 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 965 milyon 157 min manat təşkil edib. Bank 2021-ci ilin sonunda 407 miylon 328 manat cəmi aktivlərə malik idi.
"Azər Türk Bank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2021-ci illə müqayisədə 2022-ci ildə 37,7% və ya 88 milyon 131 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 321 milyon 723 min manat təşkil edib. 2021-ci ilin sonunda Bankın kredit portfeli 233 milyon 592 min manata çatmışdı.
"Azər Türk Bank"ın depozit portfeli 2021-ci illə müqayisədə 2022-ci ildə 85,6% və ya 177 milyon 522 min artaraq 31 dekabr 2022-ci il tarixində 385 milyon 8 min manat təşkil edib. Bank 2021-ci ilin sonunda 207 milyon 486 min manat cəmi depozitlərə malik idi.
31 dekabr 2022-ci il tarixində "Azər Türk Bank" 63 milyon 164 min manat məcmu kapitala malik olub. Bank 31 dekabr 2021-ci il tarixində 51 milyon 202 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
-
7 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
9 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
10 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 12 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır






.jpg)
.jpg)





.jpg)


.jpg)









