Ət yenidən bahalaşıb
Təxminən 2 ay əvvəl 1 manat - 1 manat 50 qəpik ucuzlaşan ət yenidən bahalaşıb. Belə ki, Bakıda mal əti 11 manat 50 qəpik, qoyun əti 12-13 manat, quzu əti 14 manata təklif edilir.
Ekspertlər Azərbaycanda ətin bahalaşasına ot və ərəb faktorunun təsiri olduğunu vurğulayılar. Belə ki, mövsümü olmasına baxmayaraq ot bağlamasının qiymətlərində də artım müşahidə olunur. Bahalaşma bu il yonca əkin sahələrinin azalması ilə əlaqələndirilir. Bir müddət əvvəl 2 manat 50 qəpiyə qədər ucuzlaşan ot bağlamasının qiymətinin hazırda 4 manat olduğu bildirilir. Bu isə küləş bağlamalarına tələbatı artırıb. Ona görə də yemin qiyməti 70 qəpiyə satılan bu yemlər hazırda 1 manat 12 qəpiyə qədər bahalaşıb.
Məlum olduğu kimi, heyvandarlıqda yem xərcləri bütün xərlcərin təxminən 50-60 faizini təşkil edir. Təbii ki, yem qıtlığı yaşanan kimi, bu dərhal ətin də qiymətində özünü göstərir. Ancaq bu ajiotajdan öncəki situasiyalarda qiymətlər cüzi olaraq dəyişirdi. Ot bahalaşsa da, ətin qiyməti kəskin artmırdı. Çünki alıcılıq qabiliyyəti aşağı idi və bu qiyməti artırmağa imkan vermirdi. Yerli əhali ətə kənardan baxıb köks ötürsə də, ərəblərin bazara girişməsi alıcılıq qabiliyyətinin yüksəlməsinə və tələbatın artmasına gətirib çıxarıb.
Bəzi iddialara görə, son vaxtlar Azərbaycana tez-tez səfər edən zəngin ərəb şeyxləri və şahzadələri burada yedikləri qoyun ətini ölkələrindəki ətlə müqayisə edərək, belə qənaətə gəliblər ki, azərbaycanlıların təklif etdikləri ət daha dadlıdır. Və bundan sonra onların Azərbaycandan ərəb ölkələrinə qoyun ixrac etmək qərarına gəldikləri bildirilir. Qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda qoyun-quzu ətinin bahalaşmasında ərəblərin xüsusi payı var.
Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev deyib ki, qoyunların və qoyun ətinin ixrac olunması sırf kommersiya məsələsidir:
“Bu, rentabellik baxımından da əlverişlidir. Hazırda qoyun əti kiçik partiyalarla, sınaq məqsədilə ərəb ölkələrinə ixrac olunub. Amma kütləvi qaydada ərəb ölkələrinə qoyun ixracı yoxdur. Bəlkə kimsə müəyyən səbəblərdən, yol xərclərini hesablamaq üçün aparıb. Bu, istisna edilmir”.
Qeyd edək ki, birinci yarım ildə Azərbaycana 1 milyondan çox turist gəlib. Bu sayda turst ətə də təlabatı artırır.
© Modern.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
5 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 7 saat əvvəl
-
7 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"






















