Braziliya və Argentina ortaq valyutadan istifadəyə hazırlaşır
Braziliya və Argentina ortaq valyutadan istifadə üçün hazırlıqlara başlayıb.
Marja xəbər verir ki, bu barədə Financial Times-ın (FT) xəbər yayıb.
Xəbərdə iki ölkə liderlərinin bu həftə hazırlıqların başlaması ilə bağlı açıqlama verəcəyi qeyd edilib.
FT rəsmilərə istinadən xəbər verir ki, Braziliya yeni pul vahidi üçün "sur" (cənub) adını təklif edib və ümumi valyuta bu həftə Buenos-Ayresdə keçiriləcək sammitdə müzakirə olunacaq. Birgə yeni valyuta ilə iki ölkənin regional ticarəti gücləndirməyi və ABŞ dollarından asılılığı azaltmağı hədəflədiyi bildirilir.
Argentinanın maliyyə naziri Sergio Massa Financial Times-a deyib: "Ümumi valyutanın yaradılması üçün zəruri olan maliyyə məsələləri və mərkəzi bankların rolu kimi zəruri parametrləri araşdırmaq üçün qərar veriləcək".
Başlanğıcda ikitərəfli layihə olaraq başlayan təşəbbüs daha sonra digər Latın Amerikası ölkələri də dəvət edilərək genişləndiriləcək.
Braziliya və Argentina ilk dəfə 2019-cu ildə ortaq valyuta yaratmaq təklifini gündəmə gətiriblər. Braziliya Mərkəzi Bankının bu təklifə etirazından sonra heç bir irəliləyiş əldə olunmamışdı.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
49 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı






















