Dövlət Vergi Xidmətinin əməkdaşları obyektinizə gələcək – YENİ TƏDBİR BAŞLAYIR
Dövlət Vergi Xidməti Əmlak Məsələləri Dövlət Xidmətinin dəstəyi ilə respublika ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə məxsus təsərrüfat subyektlərinin (obyektlərinin) dislokasiyasını və toplanmış məlumatların dürüstləşdirilərək rəqəmsal xəritə infrastrukturuna işlənməsini təmin edəcək. Dislokasiya tədbirləri Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən həyata keçiriləcək.Məlum olduğu kimi, vergi ödəyicilərinin, onların filial, nümayəndəlik və ya digər təsərrüfat subyektlərinin (obyektlərinin), nəzarət-kassa aparatlarının uçotunu aparmaq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edilib.
Dövlət Vergi Xidməti bildirir ki, qeyd olunan vəzifələrin həyata keçirilməsi, o cümlədən sahibkarlıq sahəsində şəffaf və rəqabətli mühitin yaradılması, qanunsuz sahibkarlığın aradan qaldırılması və məsafədən nəzarət imkanlarının genişləndirilməsi məqsədilə Dövlət Vergi Xidməti İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin dəstəyi ilə respublika ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə məxsus təsərrüfat subyektlərinin (obyektlərinin) dislokasiyasını və toplanmış məlumatların dürüstləşdirilərək rəqəmsal xəritə infrastrukturuna işlənməsini təmin edəcək.
Marja xəbər verir ki, dislokasiya prosesləri zamanı Vergi Məcəlləsinin 33.2-ci maddəsinin tələblərinə uyğun, olduğu ünvan üzrə vergi uçotuna alınmalı olan filial, nümayəndəlik və ya digər təsərrüfat subyektlərində (obyektlərində) aşağıdakı 3 istiqamətdə məlumatların toplanması və dəqiqləşdirilməsi həyata keçiriləcək:
- təsərrüfat subyektlərində (obyektlərində) fəaliyyət göstərən şəxslərin vergi uçotuna alınması və məlumatlarının dəqiqləşdirilməsi;
- təsərrüfat subyektlərinin (obyektlərinin) faktiki məlumatlarının dürüstlüyü (ünvanı, coğrafi koordinatları, sahəsi, mülkiyyətçisi və ya istifadəçisinə dair məlumatlar, fəaliyyət istiqamətləri və s.);
- təsərrüfat subyektlərinin (obyektlərinin) fəaliyyətinin vergi qanunvericiliyinin tələblərinə cavab verməsi vəziyyəti.
Dislokasiya tədbirləri Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən həyata keçiriləcək. Prosesə obyektlərin elektron xəritəsinin yaradılması üzrə zəruri texniki biliklərə malik olan "4MAPS BİLGİ TEKNOLOJİLERİ" MMC-nin əməkdaşları mütəxəssis qismində cəlb ediliblər.
Dövlət Vergi Xidməti dislokasiya prosesinin qısa müddətdə həyata keçirilməsi üçün sahibkarlıq subyektlərini vergi orqanları əməkdaşlarına zəruri köməkliyin göstərilməsinə dəvət edir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 11 d. əvvəl
- 19 d. əvvəl
- 29 d. əvvəl
-
45 d. əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək

























