Gömrük Komitəsi büdcəyə proqnozdan 1 milyard manat artıq vəsait köçürüb
Dövlət Gömrük Komitəsi 2022-ci ildə müəyyən olunmuş 4 milyard 605 milyon manat illik büdcə öhdəliyinə qarşı faktiki olaraq 5 milyard 653 milyon manat vəsait dövlət büdcəsinə köçürülüb ki, bu da nəzərdə tutulan proqnozdan 1 milyard manat artıq deməkdir.
Marja.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsində 2022-ci il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunan müşavirədə bildirilib.
Qeyd edilib ki, hesabat dövründə 694-ü cinayət xarakterli olmaqla 28 475 hüquqpozma faktı aşkar edilib, bu faktlar üzrə şübhəli bilinən 708 nəfər barəsində müvafiq tədbirlər görülüb. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 77 fakt aşkar olunub, ümumilikdə 934 kq 428 qr narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb ki, onların 89,6 %-ni daha təhlükəli narkotik vasitələr - heroin və metamfetamin təşkil edir.
Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov işğaldan azad edilən ərazilərdə genişmiqyaslı quruculuq işlərinin aparıldığını, bu sahədə gömrük orqanlarının qarşısında müəyyənləşdirilən vəzifələrin icrası məqsədilə bütün zəruri tədbirlərin həyata keçiriləcəyini bildirib.
O da vurğulanıb ki, görülən işlərlə bağlı əsaslı təhlillər aparılmalı, qarşıya qoyulan vəzifələrin icrası istiqamətində düşünülmüş, elmi əsaslara söykənən addımlar atılmalı, idarəçilik təkmilləşdirilməli, müasir standartlara cavab verən gömrük modeli formalaşdırılmalıdır. Bu məqsədlə gömrük prosedurlarının və nəzarət tədbirlərinin səmərəliliyinin artırılması, həyata keçirilən layihələrin və yeniliklərin səmərəliliyinin ölçülməsi, smart həllərin tətbiqinin genişləndirilməsi, müasir tələblərə cavab verən risk sistemlərinin qurulması, adekvat hüquq-mühafizə tədbirlərinin həyata keçirilməsi istiqamətində qətiyyətli addımlar atılmalıdır. O da qeyd olunub ki, cari ildə gömrük orqanlarının fəaliyət proqramında nəzərdə tutulan məsələlərin icrası-xidmət səviyyəsinin yüksəldilməsi, gömrük işinin təşkili prosesində şəffaflığın, gömrük-biznes, gömrük-vətəndaş münasibətlərində qarşılıqlı etimadın artırılması, bütün sahələrdə fəaliyyətin səmərəli şəkildə qurulması istiqamətində dayanıqlı həllər tətbiq edilməlidir.
Sonra iclasda “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2023-cü il üçün İş Planı”na dair təkliflərin təqdim edilməsi və cari il üzrə müəyyən olunmuş tədbirlərin tam yerinə yetirilməsi tapşırılıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 18 saat əvvəl
-
- 18 saat əvvəl
-
18 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
21 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























