Türkiyədə yaşayış icazəsi almış azərbaycanlıların sayı məlum olub
Türkiyədə yaşamaq icazəsi olan əcnəbilərin ümumi sayı 1 milyon 354 min nəfəri keçib. Azərbaycanlılar ölkədə qohumluq əlaqələri və ya təhsil əsasında verilən yaşayış icazələrinin sayına görə liderdir.Azərbaycanlılar Türkiyədə yaşayış icazəsi almış əcnəbilər arasında 6-cı yerdədir. 68 mindən çox Azərbaycan vətəndaşı Türkiyədə yaşamaq icazəsi alıb.
Marja.az Türkiyə Miqrasiya İdarəsinə istinadən xəbər verir ki, 12 yanvar 2023-cü il tarixində olan məlumara görə, 68 min 46 azərbaycanlı Türkiyədə yaşamaq icazəsi alıb.
1-ci yerdə 153 min 639 icazə ilə ruslar, 2-ci yerdə 131 min 132 icazə ilə iraqlılar, 3-cü yerdə 115 min 404 icazə ilə türkmənlər, 4-cü yerdə 100 min 263 icazə ilə suriyalılar, 5-ci yerdə 94 min 869 icazə ilə iranlılardır.
Qısamüddətli yaşayış icazəsi almış xaricilər arasında isə 25 min 714 icazə ilə azərbaycanlılar 9-cu yerdədir.
Ailə yaşayış icazəsi və tələbə yaşayış icazəsi alanlar üzrə azərbaycanlılar 1-ci yerdədir. Belə ki, 12 min 973 azərbaycanlı ailə yaşayış icazəsi, 17 min 739 nəfər isə tələbə yaşayış icazəsi əldə edib.
Əcnəbilərin maksimum sayı İstanbulda - 706 mindən çox, o cümlədən Antalyada - 158 mindən çox qeydə alınıb.
Eyni zamanda, Türkiyədə qanuni yaşayan əcnəbilərin ümumi sayı 2021-ci illə müqayisədə 40 min nəfər artıb.
Yaşayış icazəsi Türkiyədə qalmaq istəyən əcnəbilərə verilən icazədir. Bu icazə Türkiyədə doxsan gündən çox yaşamağa icazə verir. Ailə yaşayış icazəsi Türkiyə vətəndaşı ilə evli olan əcnəbilərə verilən yaşayış icazəsidir. Qısamüddətli yaşayış icazəsi Türkiyədə daşınmaz əmlakı olan, biznes quran və s. şəxslərə verilir. Tələbənin yaşayış icazəsi təhsil aldığı müddətdə şəxsə ölkədə qalmaq hüququ verən yaşayış icazəsi növüdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






















.jpg)

