
Sosial ödənişlərdə növbəti artımlar üçün əlavə 750 milyon manat xərclənəcək

2023-cü ildə yeni sosial islahat paketi üzrə 1,9 milyon vətəndaşı əhatə edən sosial ödənişlərdə növbəti artımlar üçün illik əlavə 750 milyon manat vəsait nəzərdə tutulub.
Marja xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda bildirilir.
Yeni Fərman və Sərəncamlar ilə ümumilikdə 660 min nəfərə yönələn sosial ödənişlərin artırılması təmin edilib.
İmzalanmış yeni Fərman və Sərəncamlara əsasən, 2023-cü ilin 1 yanvarından:
1. Şəhid ailəsi üçün Prezidentin aylıq təqaüdü — 600 manata çatdırılır;
2. Müharibə, 20 Yanvar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Prezidentin aylıq təqaüdü, orqanizmin funksiyalarının:
-81-100 faiz pozulmasına görə (I dərəcə) — 500 manata,
-61-80 faiz pozulmasına görə (II dərəcə) — 400 manata,
-31-60 faiz pozulmasına görə (III dərəcə) — 330 manata çatdırılır;
3. Uşağın anadan olmasına görə birdəfəlik müavinət — 500 manata çatdırılır;
4. Dəfn üçün birdəfəlik müavinət — 500 manata çatdırılır;
5. Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət — 300 manata çatdırılır;
6. Əlilliyi olan şəxslərə müavinət, orqanizmin funksiyalarının:
81-100 faiz pozulmasına görə (I dərəcə) — 270 manata,
61-80 faiz pozulmasına görə (II dərəcə) — 220 manata,
31-60 faiz pozulmasına görə (III dərəcə) — 150 manata çatdırılır;
7. Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) gözdən əlilliyi müəyyən edilmiş şəxslərə Prezidentin aylıq təqaüdü —300 manata çatdırılır;
8. Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Prezidentin aylıq təqaüdü —200 manata çatdırılır;
9. 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına Prezidentin aylıq təqaüdü —330 manata çatdırılır;
10. Yaşa görə müavinət — 220 manata çatdırılır;
11. Ailə başçısını itirməyə görə müavinət (hər ailə üzvü üçün) — 120 manata çatdırılır;
12.Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə (ünvanlı sosial yardım alan) hər uşağa görə müavinət — 100 manata çatdırılır;
13.Beşdən çox uşağı olan qadınlara hər uşağa görə müavinət — 105 manata çatdırılır;
14. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) və 18 yaşınadək əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü — 100 manata çatdırılır;
15. Əsas iş yeri üzrə elm və təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən pensiyaçılara Prezidentin aylıq təqaüdü:
-elmlər doktoru elmi dərəcəsinə görə — 500 manata,
-fəlsəfə doktoru elmi dərəcəsinə görə — 300 manata çatdırılır;
16. Fəxri adlara layiq görülmüş şəxslərə aylıq təqaüd:
“Xalq” fəxri adına görə — 200 manata,
“Əməkdar” fəxri adına görə — 150 manata çatdırılır;
17. Prezidentin fərdi təqaüdü — 1500 manata çatdırılır;
Müştərilərin xəbərləri

ABB-İnvest və Bank of Baku-dan yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 5 gün sonra
-
4 saat əvvəl
İtaliya ilə iqtisadi əməkdaşlığn genişləndirilməsi müzakirə olunub
-
-
5 saat əvvəl
“Coca-Cola” Fondunun dəstəyi ilə Mərzəndiyə kəndinə su çəkilib
-
6 saat əvvəl
İclas keçiriləcək, "NORM" şirkətinin strateji layihələrinə dair müzakirələr aparılacaq
- 7 saat əvvəl
-
7 saat əvvəl
İri bankdan 40 milyon manatlıq istiqraz - ZƏNG ÇALINDI, ABUNƏ YAZILIŞI BAŞLADI
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nepalda sosial media qadağası ilə bağlı etirazlarda azı 14 nəfər ölüb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakı Fond Birjasında "Bank of Baku"nun istiqrazlarının “Açılış Zəngi” keçirilib
- 9 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İtaliya ilə iqtisadi əməkdaşlığn genişləndirilməsi müzakirə olunub

“Coca-Cola” Fondunun dəstəyi ilə Mərzəndiyə kəndinə su çəkilib

ABB-İnvest və Bank of Baku-dan yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
Ən çox oxunanlar

Başlamasına artıq sayılı günlər qaldı

İllik gəlirliliyi 11,5% olan istiqrazlara abunə yazılıı başlayır

Sumqayıt Kimya Sənaye Parkının adı dəyişdirildi

ADY-də ABŞ-nin biznes nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycanda Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb

AZAL Maldiv adalarına uçuşları bərpa edir

Birjalarda son vəziyyət
