484 milyon manat zərərdən sonra 26 milyon manata yaxın mənfəət
"Azərbaycan Dəmir Yolları" QSC 2021-ci ili 25 milyon 980 min manat xalis mənfəət ilə başa vurub. Dövlət şirkəti 2020-ci ili 484 milyon 5 min manat xalis zərər ilə bağlamışdı.
Marja.az Şirkətin 31 dekabr 2021-ci il tarixinə Maliyyə Vəziyyəti haqqında Konsolidə edilmiş Hesabatına istinadən xəbər verir ki, "Azərbaycan Dəmir Yolları"nın cəmi gəlirləri 2020-ci ildə 422 milyon 299 min manat ikən, 2021-ci ildə 488 milyon 932 min manata yüksəlib.
"Azərbaycan Dəmir Yolları" QSC-nin yükdaşıma gəlirləri artıb, tikinti, sərnişindaşıma və sair gəlirləri azalıb. Şirkətin yükdaşıma gəlirləri 78 milyon 701 min manat və ya 24,6% artaraq 397 milyon 941 min manata yüksəlib, sərnişindaşıma gəlirləri isə 2,3 dəfə azalaraq 1 milyon 853 min manata düşüb.
Ötən il “Azərbaycan Dəmir Yolları” QSC-nin yığılmış defisiti 26 milyon 155 min manat azalaraq 4 milyard 470 milyon 997 min manat təşkil edib. Ötən il şirkətə dövlət investisiyaları 717 milyon 895 min manat təşkil edib və 4 milyard 428 milyon 489 min manata yüksəlib. Həm dövlət investisiyaları, həm də 906 milyon 62 min manat nizamanmə kapitalı hesabına şirkətin yığılmış defisiti bağlanıb.
31 dekabr 2021-ci il tarixində “Azərbaycan Dəmir Yolları” QSC 3 milyard 631 milyon 355 min manat cəmi aktivlərə malik olub (31 dekabr 2020-də 3 milyard 36 milyon 895 min manat).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır














.jpg)








