“ALTEC” aluminium zavodunun təqdimat mərasimi keçirilib
(®) “ALTEC” aluminium zavodunun təqdimat mərasimi keçirilib.
Mərasimdə zavodun direktoru Vüsal Azməmmədov, təsisçisi Kamal Heydərov, İqtisadiyyat Nazirliyi Sənaye şöbəsi, Sahəvi inkişaf sektorunun müdiri Vüsal Bağırov, sənaye şöbəsinin Təhlil və icmal sektorunun müdiri Ceyhun Həsənov, Sənaye şöbəsinin məsləhətçisi İlyas Nuriyev və bir sıra qonaqlar iştirak ediblər.
Tədbirə, həmçinin Türkiyə, Rusiya, Özbəkistan, Qazaxıstan, Ukraynadan gələn iş adamları da qatılıblar.
Tədbiri giriş sözü ilə açan “ALTEC” aluminium zavodunun direktoru Vüsal Azməmmədov bildirib ki, əsası Ulu Öndər Heydər ƏIiyev tərəfindən qoyulan milli dövlət quruculuğu və iqtisadiyyatın inkişafı siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz ümummilli lider Heydər Əliyevin “iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” fikri bu gün zavod rəhbərliyinin fəaliyyətində əsas stimuldur .
Vüsal Azməmmədov qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkədə investisiya fəaliyyatinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənayə istehsalının artırılması məqsədilə gördüyü işlərə dəstək olaraq 2019-cu ildə “ALTEC” aluminium zavodu öz işinə başlayıb. Az bir müddət ərzində zavod bu sahədə lider olan ölkələrlə də əməkdaşlıq qurmağı bacarıb. Siyahıya nəzər salsaq Türkiyyə, Rusiya, Qazaxıstan, Özbəkistan, Ukrayna, Mərakeş və Gürcüstan kimi ölkələrin adlarını görmək olar.
“ALTEC” aluminium zavodu haqda məlumat verən Vüsal Azməmmədovun sözlərinə görə, zavod illik 12 min ton istehsal gücünə malikdir. Zavodda Qafqazda tək olan və ən son standartlara cavab verən, aylıq 500 ton istehsal gücünə malik olan aluminium profilinin anodlaşma prossesi var. Eləcə də aylıq 1000 ton istehsal gücünə malik olan hidrovlik press xətti, aylıq 500 ton istehsal gücünə malik olan toz-boya xətti, eləcə də aylıq 300 ton istehsal gücünə malik olan taxta lifli üzləmə avadanlığı da mövcuddur.
“ALTEC” aluminium zavodunda yerli əməkdaşlarla yanaşı, qardaş Türkiyyənin aparıcı şirkətlərinin peşəkar mütəxəssisləri də fəaliyyət göstərir. Bu əməkdaşlıq da zavodun uğur qazanmağında böyük rol oynayır.
Qeyd edilib ki, “ALTEC” aluminium zavodu işğaldan azad olunmuş ərazilərin pərpa prossesinə tövhəsini verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
8 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
12 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 12 saat əvvəl
-
13 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
13 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ















.webp)










