Gecə neft 4 faizə yaxın bahalaşıb
Brent markalı neftin qiyməti dekabrın 5-dən bəri ilk dəfə bir barel üçün 84 dolları ötüb.Londonun ICE birjasında Brent markalı neftin 2023-cü ilin fevralında çatdırılması üzrə fyuçers müqaviləsinin qiyməti dekabrın 5-dən bəri ilk dəfə bir barel üçün 84 dolları ötüb.
Marja xəbər verir ki, Brent markalı neftin qiyməti 3,74% artaraq bir barel üçün 84,01 dolları görüb.
Eyni zamanda, WTI markalı xam neftin 2023-cü ilin yanvar ayı üçün fyuçersləri 2,94% artaraq bir barel üçün 79,77 dollar təşkil edib.
İş həftəsinin yekununda Brent nefti 83,93 dollardan (+3,64%), ABŞ xam nefti (WTI ) 79,56 dollardan (+2,67) bağlanıb.
Moskvanın G7 ölkələri və Avropa İttifaqının Rusiya xam neftinə tətbiq etdiyi qiymət hədlərini kompensasiya etmək üçün neft hasilatını azalda biləcəyini açıqlayıb. Moskvadan verilən açıqlama ABŞ xam neftinin qiymətlərini yüksəldib. RUsiya Baş nazirinin müavini Aleksandr Novak cümə günü mediaya müsahibəsində bildirib ki, Rusiya 2023-cü ilin əvvəlində gündəlik neft hasilatını 500-700 min barel azalda bilər.
Yeddilik Qrupu (G7) ölkələri və Avropa Birliyi bu ayın əvvəlində Rusiyanın dəniz yolu ilə ixrac etdiyi xam neftinin qiymətini bir barel üçün 60 dollar səviyyəsində məhdudlaşdırmaq barədə razılığa gəliblər. Qiymət həddi Rusiyanın neft satışından əldə etdiyi gəliri məhdudlaşdırmaq məqsədi daşıyır. Bu yollar Rusiyanın Ukraynaya qarşı müharibəsini maliyyələşdirməsinə mane olmaq hədəflənir.
Rusiya, qiymət məhdudiyyətinə tabe olmayan Çin, Hindistan və Türkiyəyə neft satışı artırıb.
Rusiyanın hasilatın azaltması ehtimalı tədarük çatışmazlığı qorxusunu artırıb. Eyni zamanda, Çinin yenidən açılması ilə neftə tələb daha da arta bilər.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 27 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Dövlət şirkətinə Baş direktor təyin edilib
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
Ən çox oxunanlar
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı






.jpg)





.jpg)







