NEQSOL Holding-də yeni təyinatlar!

NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun hazırda 9 ölkədə aktivləri və əməliyyatları, eləcə də Bakı, Amsterdam və Kiyevdə 3 regional ofisi var.
NEQSOL Holding-n yaydığı məlumatda bildirilir ki, korporativ strategiyanın bir hissəsi olaraq, regional korporativ idarəetmənin gücləndirilməsi və biznesin davamlılığının təmin edilməsi Şirkətin diqqət mərkəzindədir. Liderlərin ardıcıllığı planlarına əsasən, Qrup regional ofislərə və direktorlar şuralarına yeni təyinatlar elan edib.
Belə ki, İmran Əhmədzadə NEQSOL Holding Azərbaycan ofisinin rəhbəri təyin edilib. O, həmçinin NEQSOL Holding-də Qrup üzrə Baş Maliyyə Direktoru kimi hazırkı rolunu və Holdinqin tərkibindəki şirkətlərin direktorlar şuralarında fəaliyyətini davam etdirəcək.
İ.Əhmədzadənin bank, enerji, telekommunikasiya və tikinti sahələrində 18 illik təcrübəsi var. O, 2013-cü ildə NEQSOL Holding-in tərkibinə daxil olan Nobel Energy-də Xəzinədarlıq üzrə Baş Direktor, 2017-ci ildə NEQSOL Holding-də Baş Maliyyə Direktorunun Müavini, 2018-ci ildə isə Baş Maliyyə Direktoru təyin olunub. Harvard Biznes Məktəbinin məzunudur.
Həmçinin NEQSOL Holding Bakcell şirkətində Direktorlar Şurasının Sədri vəzifəsinə əlavə olaraq Vasil Latsaniçin Vodafone Ukrayna şirkətinin Direktorlar Şurasının Sədri təyin olunduğunu elan edir. V.Latsaniç Niderland, Ukrayna, İtaliya, Rusiya, Belarus, Özbəkistan, Türkmənistan və Hindistanda telekommunikasiya sənayesində 20 ildən çox beynəlxalq təcrübəyə malikdir. London Biznes Məktəbinin məzunudur.
Yusif Cabbarov NEQSOL Holding-in Baş Direktoru vəzifəsində fəaliyyətini davam etdirərək holdinqin beynəlxalq biznesinə nəzarət edəcək.
Yusif Cabbarov, təyinatları şərh edərək deyib:
“Regional ofislər fəaliyyət göstərdiyimiz bazarlarda fokusu artırmağa, eləcə də holdinq və onun müxtəlif regionlardakı şirkətləri arasında koordinasiyasını gücləndirməyə imkan verir. 2020-ci ildən Volodimir Lavrençukun rəhbərlik etdiyi Ukrayna ofisimiz həmin regionda biznesin inkişafı və investisiya təşəbbüsləri baxımından böyük töhfə verib. Liderlərin ardıcıllığı proqramının nəticəsi olaraq, İmran Əhmədzadənin NEQSOL Holding Azərbaycan ofisinin rəhbəri təyin edilməsi Azərbaycanda biznesimizin inkişafına daha da töhfə verəcək, çünki o, bizim üçün əsas fəaliyyət bazarı olaraq qalır.
Əminəm ki, bazarı dərindən bilməsi və telekommunikasiya şirkətlərində böyük təcrübəsi sayəsində Vasil Latsaniç Vodafone Ukraynanın Direktorlar Şurasının Sədri rolunda şirkətin daha da böyüməsinə töhfə verəcək. Böyüyən beynəlxalq qrup olaraq, biznesin dayanıqlı inkişafını təmin etmək üçün liderlərin ardıcıllığı və rəhbər komandaların inkişafı bizim üçün prioritet təşkil edir. NEQSOL Holding öz əməkdaşlarına sərmayə etməyə davam edəcək, çünki bizneslərinin gələcəyinə sərmayə edir”.
NEQSOL Holding, Azərbaycan, Böyük Britaniya, ABŞ, Türkiyə, Ukrayna, Niderland, Gürcüstan, BƏƏ və Qazaxıstanda enerji, telekommunikasiya, yüksək texnologiya və tikinti sahələrində fəaliyyət göstərən çoxsahəli beynəlxalq şirkətlər qrupudur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 13 saat əvvəl
-
13 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
16 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
