ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsi başlandı
(®)EY Azərbaycan şirkəti ABB və bp-nin maliyyə dəstəyi ilə növbəti “EY İlin İş Adamı” müsabiqəsinə müraciət qəbuluna başlayıb.
Müsabiqədə iştirak etmək istəyən sahibkarlar və iş adamları öz ərizələrini müsabiqə komitəsinə təqdim edə bilərlər. EY şirkəti tərəfindən təsis olunmuş müsabiqə dünyada biznes mükafatı təqdim edən ən nüfuzlu proqramlardandır.
Liderlik və uğur nümayiş etdirən iş adamları fəaliyyət sahələrindən asılı olmayaraq proqrama qoşulmaq üçün ərizələrini 31 dekabr 2022-ci ilədək təqdim edə bilərlər. Milli müsabiqənin qalibi 2023-cü ilin fevralında seçiləcək. Qalib, gələn ilin iyununda Monakoda keçiriləcək "EY Dünya Üzrə İlin İş Adamı" müsabiqəsində Azərbaycanı təmsil edərək digər ölkələrin finalçıları ilə yarışacaq.
Proqram Azərbaycanda istənilən sahədə fəaliyyət göstərən sahibkarlar üçün açıqdır. Uyğunluq meyarları və müsabiqə ilə bağlı ətraflı məlumatla proqramın rəsmi saytında tanış olmaq mümkündür: https://www.eoy.az
Müsabiqənin finalçıları və qalibi tanınmış sahibkarlar, dövlət şirkətlərinin top-menecerləri, beynəlxalq maliyyə qurumlarını təmsil edən idarəçilərdən ibarət müstəqil münsiflər heyəti tərəfindən seçiləcək. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azpromo, Ekvita, Veysəloğlu şirkətləri də müsabiqənin tərəfdaşlarındandır.
Xatırladaq ki, “EY İlin İş Adamı” proqramı Azərbaycanda artıq dördüncü dəfədir ki, keçirilir. Ölkəmizdə sahibkarlığın inkişafına müxtəlif layihələrlə kömək göstərən ABB bu müsabiqələrin hər birinə dəstək verib.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
- 5 d. əvvəl
-
- 11 d. əvvəl
-
17 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 17 saat əvvəl
-
17 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
19 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 19 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Ən çox oxunanlar
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib





















