Fed-də fikir ayrılığı yaranıb- PROTOKOLLAR AÇIQLANDI
Fed protokolları: Fed balansın nə vaxt azaldılacağı məsələsində bölünmüş vəziyyətdədir
Fed-in iclas protokollarına görə, Fed-in pul siyasəti komitəsi bölünmüş vəziyyətdədir. Komitə üzvləri İyun ayında, olduqca böyük məbləğlərə çatmış balansı nə vaxt kiçiltməyə başlayacaqlarına dair (tarix məsələsində) razılığa gələ bilməyiblər.
"Marja" xəbər verir ki, Çərşənbə axşamı Vaşinqtonda açıqlanan 13-14 İyundakı Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasının protokollarına görə, "Bəzi şəxslər prosesin başlanacağı tarixin bir neçə ay ərzində elan edilməsinin" və digər bəziləri isə, qərarın ilin sonrakı dövrlərinə təxirə salınmasının tərəfdarıdır. İkincilər, iqtisadi fəallıq və inflyasiya mənzərənin dəyərləndirilməsi üçün əlavə vaxt qazanılmasını istəyirlər.
Fed-in pul siyasəti komitəsinin üzvləri, İyun ayında faizi bu il ikinci dəfə artırmış və 1 - 1.25 faiz aralığına qaldırmışdılar. Və etdikləri açıqlamada, pul siyasətini "ekspansionist" kimi xarakterizə etmişdilər.
Protokollara görə, rəsmi şəxslər, faizin mərhələli artırılmasının tərəfdarı olduqlarını qeyd ediblər.
Fed rəsmiləri sözügedən iclasda balans siyasətini yeniləyib və balansın azaldılmasının mərhələli olacağı şəklində bir yol müəyyən edib. ABŞ Mərkəzi Bankı, 4.5 trilyon dollara çatan balansı, uzunmüddətli faizləri sarsıtmadan azaltmağa başlamaq istəyərkən, siyasət faizini mərhələli yüksəltmək istəyir. Protokollar, Fed rəsmilərinin balansı kiçiltməyə bu il başlamaq istədiklərini göstərib.
İyun ayında Fed, xəzinə istiqrazlarında ödəmə vaxtı çatanları ilk əvvəl hər ay 6 milyard dollar azaldacağını, sonra 12 ay ərzində üç aydan bir bu məbləği aylıq cəmi 30 milyard dollara çatana qədər aylıq 6 milyard dollar artıracağını qeyd edib.
Özəl sektor və əmlak təminatı olan istiqrazlarda bu azaltma aylıq 4 milyard dollarla başlayacaq, 12 aylıq dövrdə, hər üç aydan bir, aylıq cəmi 20 milyard dollara çatana qədər, aylıq 4 milyard dollar artırılacaq.
Fed-in balansını azaltması dövriyyədəki Dollar kütləsinin bir hissəsini geri yığıması deməkdir. Bu prosesin başlaması Dolların bahalaşmasına təkan verə bilər.
Protokollar açıqlandıqdan sonra qlobal birjalarda Dollar bahalaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)
.jpg)








.jpg)







