“Veysəloğlu” bu dəfə tanınmış amerikalı ekspertin Bakıda təlimini təşkil etdi
Master-klass onlayn nüfuzun idarə olunması mövzusunu əhatə edirdi.(®) Veysəloğlu Şirkətlər Qrupunun təşəbbüsü və təşkilatçılığı ilə biznes icması üçün daha bir təlim keçirilib.
“Onlayn nüfuzun idarə edilməsi” mövzusunda olan təlim amerikalı ekspert Sem Mayklson (Sam Michelson) tərəfindən aparılıb. Qabaqcıl Azərbaycan və beynəlxalq şirkətlərin 30-dan çox nümayəndəsi bu maraqlı və düşündürücü master-klasdan faydalanmaq imkanı əldə ediblər.
Master-klass zamanı şirkətlərin/fərdlərin onlayn platformalarda nüfuzu ilə bağlı məsələlər nümunələr əsasında təqdim edilib, problemlərin həlli və rəqəmsal vasitələrdən effektiv istifadə etməklə nüfuzun artırılması istiqamətində fikir mübadiləsi aparılıb. Həmçinin Google platformasında axtarış zamanı şirkətlərin/fərdlərin özlərini düzgün təqdim etməsi ilə bağlı üsullar izah olunub. Sem Mayklson: “Şirkətin onlayn mövcudluğu və şirkət haqqında Google vasitəsilə axtarış edəndə insanların qarşısına çıxan məlumatlar həmin biznesin dayanıqlılığına birbaşa təsir göstərə bilir. Belə ki, sərmayəçilər, iş adamları və potensial əməkdaşlar hər hansı bir şirkət ilə bağlı düşünərkən onlayn axtarışın nəticələri qərar vermələrinə təsir edən əsas amillərdən biri olur”.
Sem Mayklson rəqəmsal nüfuzun idarə edilməsi üzrə qlobal səviyyəli peşəkardır və dünyada aparıcı təşkilatlara və uğurlu bizneslərin rəhbərlərinə konsaltinq xidmətləri verir. O, “Five Blocks” adlı rəqəmsal reputasiyanın idarə edilməsi şirkətinin qurucusu və rəhbəridir. Sem Mayklson həmçinin iki ABŞ patentinin müəllifidir – bunlardan biri özütənzimlənən məlumat bazası və mətnlərin təsnifatı, digəri isə interaktiv rəqəmsal reklam sahəsinə aiddir.
Veysəloğlu Şirkətlər Qrupu pərakəndə, distribusiya, logistika və istehsalat sahələrində fəaliyyət göstərir. Hazırda Şirkətlər Qrupunun 20,000 nəfərdən çox əməkdaşı var. Veysəloğlu Şirkətlər Qrupunun əsas fəlsəfəsi ölkəmizin iqtisadiyyatı və cəmiyyətimiz üçün real dəyər yaratmaqdır. 2022-ci ildə dünyada tanınmış konsaltinq şirkətlərindən biri olan Deloitte şirkətinin Azərbaycanda ilk dəfə olaraq təşkil etdiyi nüfuzlu Best Managed Companies müsabiqəsində Veysəloğlu Şirkətlər Qrupu qaliblərdən biri elan edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
11 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 12 saat əvvəl
-
13 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























