Qarabağda “yaşıl enerji” zonasının yaradılması üzrə plan təsdiq edildi
Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.
İclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 iyun tarixli 357s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nın tətbiqi istiqamətində görülən işlər barədə danışılıb. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda bununla bağlı mühüm vəzifələrin müəyyənləşdirildiyi diqqətə çatdırılıb.
İşçi Qrupun ilk iclasından sonrakı dövr ərzində görülmüş işlərə dair İşçi Qrupun Katibliyinin hesabatı dinlənilib. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nda işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı qarşıya qoyulmuş tapşırıqların icrası istiqamətində fəaliyyətin təşkilinə dair məlumat verilib. İşçi Qrupun tərkibində formalaşdırılmış alt İşçi Qrupun iclaslarının və alt İşçi Qrupunun fəaliyyəti ilə bağlı tematik tədbirlər üzrə iclasların mütəmadi keçirilməsinin vacibliyi vurğulanıb.
Müzakirələr zamanı “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planının həyata keçirilməsi proseslərinə Qarabağ Dirçəliş Fondunun da cəlb edilməsi təklif edilib.
İclasda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nın icrası ilə bağlı Monitorinq Planı təsdiq edilib və Monitorinq Planına uyğun olaraq Katibliyin aidiyyəti qurumlarla birlikdə bilavasitə yerlərdə tikinti-quraşdırma və bərpa işlərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqinə əməl edilməsinin monitorinqinin aparılması və digər məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.
Qeyd edək ki, iclasda işçi qrupuna daxil olan dövlət qurumları ilə yanaşı, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəliyi, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonu üzrə Prezidentin xüsusi nümayəndəliyi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs, “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin nümayəndələri də iştirak edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
1 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
-
1 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
2 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
4 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
4 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb























