"30-40 qəpiyə alınan məhsul bu il sahələrdə 50 qəpiyə satılır"
Builki payızlıq kartofun məhsuldarlığının və qiymətinin yüksək olması fermerləri ruhlandırıb.
Cəlilabadda ikinci çörək hesab olunan payızlıq kartofun yığımına başlanılıb. Yazlıq əkinlərdən bol məhsul əldə edən fermerlər, indi çıxardıqları payızlıq məhsulu sərfəli qiymətə satacaqlarına ümid edirlər.
Növbəli əkin prinsipinə uyğun olaraq sahələrdən il ərzində iki, üç, bəzən dörd dəfəyədək məhsul götürən zəhmət adamları, builki payızlıq əkin mövsümündə rayonun ayrı-ayrı kəndlərində təxminən 1000 hektara yaxın sahədə kartof əkib-becəriblər. Uzun illərdir kartofçuluqla məşğul olan fermer Şamil Əliyev üç hektar sahədə iki növ kartof sortu yetişdirib:
“Məhsulumuz yaxşıdır. Ötən il 30 ton götürdüyüm sahədən bu il 60 ton kartof yığacağımızı gözləyirəm. Yazlıq əkini saxlamaq olmur. Amma payızlıq əkini saxlamaq və istədiyin vaxt satmaq olur. Ötən ilə baxanda bu il qiymətlər də yaxşıdır. 30-40 qəpiyə alınan məhsul bu il sahələrdə 50 qəpiyə satılır. Bu da bizə sərf edir. Bir az da saxlaya bilsək, daha baha satarıq.”
Fermerlər deyirlər ki, yay fəslində yığılan kartofu qışa qədər saxlamaq əlavə xərclər və xüsusi şərait tələb edir. Həmçinin məhsulun xeyli hissəsi xarab olur, əmtəəlik qabiliyyətini itirir. Ona görə də fermerlər yazlıq məhsulu yığan kimi dərhal bazara çıxarmalı olurlar. Hətta Rusiya bazarlarına çıxış imkanları olsa belə, ucuz qiymət, bəzən məhsulun maya dəyərindən də aşağı qiymətə satışı onlara xeyli ziyan vurur. Builki payızlıq kartofun məhsuldarlığının və qiymətinin yüksək olması fermerləri ruhlandırıb.
Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisi İlham Babayevin sözlərinə görə, hər il olduğu kimi, bu il də rayonda fermerlər taxıl biçinindən sonra həmin sahələrin müəyyən hissəsində payızlıq kartof əkini həyata keçiriblər. Təxminən 2300 hektar sahədə payızlıq kartof əkilib. Hazırda əkin sahələrindən kartof çıxarılır. Fermerlər tərəfindən hektardan 15-16 ton məhsul götürülür.
Bu il yazlıq əkinlər üzrə Cəlilabad rayonunda 5450 hektar kartof sahəsindən 140 min tona yaxın məhsul toplanılıb. Tədarük olunan məhsulun 63 min tonu xaricə ixrac edilib. İstehsalçıların hazırda payızlıq mövsümdən də yüksək gözləntiləri var.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Azərtac
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
20 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
16 d. sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
-
16 d. əvvəl
Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb
- 18 d. əvvəl
- 32 d. əvvəl
-
59 d. əvvəl
“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib
-
1 saat əvvəl
Nvidia və Intel arasında 5 milyard dollarlıq strateji investisiya anlaşması
-
1 saat əvvəl
"Müştəri gediş qiymətini operator proqramı vasitəsilə müəyyənləşdirə bilər"
-
1 saat əvvəl
Ramada brendinin Gəncədəki yeganə oteli fəaliyyətini yenidən bərpa edir
-
2 saat əvvəl
Naxçıvanda 106 layihəyə 8,5 milyon manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib
-
3 saat əvvəl
Ekoloji həllər üçün vacib addım: Azərbaycanda ilk “WaterTech Bootcamp”
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib

Naxçıvanda 106 layihəyə 8,5 milyon manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib

Sentyabrın 19-da gözlənilən hava şəraiti

BVF: Qlobal borcun dünya ÜDM-nə nisbəti 235%-i keçib

Norveç Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
