ABŞ-ın böyük banklarından biri tənəzzül riski səbəbindən işçilərin sayını azalda biləcəyi barədə xəbərdarlıq edib
Bankın Baş direktorub David Solomon hesab edir ki, indi "maliyyə resursları ilə diqqətli olmaq" lazımdır.ABŞ-ın ən böyük banklarından biri olan Goldman Sachs yaxın gələcəkdə gözlənilən iqtisadi tənəzzüllə əlaqədar işçilərin sayında mümkün azalma barədə xəbərdarlıq edib.
Marja xəbər verir ki, bu barədə çərşənbə axşamı Bloomberg məlumat yayıb.
Goldman Sachs-ın baş direktoru David Solomon-un sözlərinə görə, artan iqtisadi qeyri-müəyyənlik fonunda bank işçilərini ixtisar etməli ola bilər. Solomon qeyd edib ki, indi maliyyə resursları ilə daha diqqətli olmaq lazımdır, belə ki, ABŞ 2023-cü ildə tənəzzüllə üzləşə bilər.
Agentlik xatırladıb ki, investisiya bankı sentyabr ayında bir neçə yüz işçini ixtisar etməyi planlaşdıraraq, COVID-19 pandemiyasının başlanmasından bəri ən böyük iş ixtisarına başlayıb.
Digər Amerika bankı Morgan Stanley, işçilərindən 2000 nəfəri ixtisar etmək proqramına başlayıb. Bu, bank işçilərinin ümumi sayının təxminən 2%-ni təşkil edir.
Oktyabrın əvvəlində "The Wall Street Journal" qarşıdakı 12 ay ərzində ABŞ-da tənəzzül və artan işsizlik ilə bağlı proqnozlar dərc edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
6 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
6 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
























