İlon Mask Apple-a "müharibə" elan etdi
Twitter-in yeni sahibi Elon Musk (İlon Mask) Twitter vasitəsilə ABŞ-ın texnologiya nəhəngi Apple-a “müharibə” elan edib. Mask tvitində "Apple Twitter-də reklamını demək olar ki, dayandırıb. Onlar Amerikada söz azadlığına nifrət edirlər?" yazdıqdan sonra o, Apple-ın Baş direktoru Tim Cook-u işarələyib və "Burada nə baş verir?" paylaşıb.Tesla-nın Baş direktoru və Twitter-in yeni rəhbəri İlon Mask bazar ertəsi günü Apple-ın Twitter-dəki reklamlarının əksəriyyətini dayandırdığını bildirib. Həmçinin Mask, Apple-ın Twitter-i şirkətin tətbiqini AppStore mağazasından silməklə hədələdiyini açıqlayıb.
Marja xəbər verir ki, İlon Mask Apple şirkətini tətbiq mağazasında edilən satışlardan haqq almaqda ittiham edib.
Apple has mostly stopped advertising on Twitter. Do they hate free speech in America?
— Elon Musk (@elonmusk) November 28, 2022
Mask bir sıra tvitlərində, Apple-ı öz mağazasındakı proqramların müəyyən məzmun standartlarına cavab verməsini tələb edərək söz azadlığını boğmaqda günahlandırıb və şirkətin Amerikada söz azadlığına nifrət edib-etmədiyini soruşub. Mask xüsusi olaraq Apple Baş direktoru Tim Cook-un Twitter hesabını bir tvitdə "burada nə baş verir" yazaraq işarələyib.
What’s going on here @tim_cook?
— Elon Musk (@elonmusk) November 28, 2022
“Həmçinin Apple Twitter-i App Store-dan çıxarmaqla hədələyib, lakin bunun səbəbini bizə deməyəcək”, – Mask yazıb. Watcher Guru-nun tvitindən sitat gətirərək, "Bilirdinizmi ki, Apple gizli şəkildə App Store-dan aldığınız hər şeyə 30 faiz vergi qoyur".
Did you know Apple puts a secret 30% tax on everything you buy through their App Store? https://t.co/LGkPZ4EYcz
— Elon Musk (@elonmusk) November 28, 2022
Maskın sözlərinə görə, Apple Twitter-də reklamlarının əksəriyyətini dayandırıb.
Qeyd edək ki, bir çox qlobal şirkət Twitter-də reklamlarını dayandırıblar. Buna səbəb olaraq Maskın sosial şəbəkəsi xaotik şəkildə alması göstərilir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
7 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 19 d. əvvəl
- 21 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























