Bloomberg: Aİ üzvləri Rusiyadan neftin qiymətinin bir barrel üçün 62 dollar həddini müzakirə ediblər
Agentliyin məlumatına görə, Polşa və Baltikyanı ölkələr bu qiyməti çox yüksək hesab edirlər.Avropa İttifaqına (Aİ) üzv olan ölkələr bazar ertəsi danışıqlarda Rusiya neftinin qiymətinin bir barel üçün 62 dollar səviyyəsində müəyyən edilməsini müzakirə ediblər.
Marja xəbər verir ki, bu barədə Bloomberg agentliyi diplomatlara istinadən məlumat yayıb.
Agentliyin həmsöhbətlərindən birinin verdiyi məlumata görə, bu dəfə danışıqlar Polşaya görə dalana dirənib. Mənbələrə görə, Polşa, eləcə də Baltikyanı ölkələr bu qiyməti çox yüksək hesab edirlər.
Rusiya yanacağının qiymətinin aşağı salınmasını müdafiə edən bir qrup ölkə gələcəkdə yanacağın qiymətlərinə yenidən baxılması mexanizminin, habelə Rusiya neftinin qiymətlərinin məhdudlaşdırılması ilə bağlı sazişə Rusiyaya qarşı yeni sanksiyalar paketi üçün daha konkret planın əlavə edilməsini istəyirlər.
Daha əvvəl Reuters mənbələrə istinadən xəbər vermişdi ki, Aİ ölkələrinin hökumət nümayəndələri Rusiya neftinə qiymət məhdudiyyətinin səviyyəsi ilə bağlı razılığa gələ bilməyiblər. Agentliyin mənbələrinə görə, hüquqi mətnlər artıq razılaşdırılıb, lakin Polşa təklif olunan qiymətlə razılaşmır.
Keçən həftə Avropa Komissiyası Rusiya neftinin qiymətinin bir barel üçün 65-70 dollar səviyyəsində məhdudlaşdırılmasını təklif edib, lakin buna Polşa və Baltikyanı ölkələr etiraz edib. Tanker daşımalarından asılı olan Yunanıstan, Kipr və Malta daha yüksək tavan və ya hansısa formada kompensasiyanın tərəfdarıdır.
Qiymət həddi ilə bağlı danışan başqa bir avropalı diplomat bildirib ki, bir barel üçün 12-20 dollar diapazonu ilə Rusiya hasilat xərclərini də ödəyə biləcək.
Noyabrın 25-də Aİ ölkələri Rusiya neftinin tədarükü üçün tavan qiymətləri ilə bağlı razılığa gələ bilməmişdilər, danışıqlar noyabrın 28-dək təxirə salınmışdı.
G-7-nin maliyyə nazirləri daha əvvəl Rusiya neftinin qiymətlərinə tavan tətbiq etmək niyyətlərini açıqlamışdılar. Bunun üçün onlar “geniş beynəlxalq koalisiya” yaratmaq və Rusiya neftinin bu koalisiyanın razılaşdırdığı limitdən yüksək qiymətə satıldığı halda dənizlə daşınması üçün hər hansı xidmətin göstərilməsini qadağan etmək istəyirlər. Bu qərarın dekabrın 5-dən qüvvəyə minəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
7 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
7 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
























