General Electric və Baker Hughes birləşdi
General Electric, neft sahələrinə xidmət göstərən Baker Hughes şirkətinin 62.5 faiz səhmini təxminən 7.4 milyard dollar qarşılığında satın alıb.
"Marja" xəbər verir ki, 137 milyard dollar illik gəlirə malik olan General Electric, öz nəzdindəki neft və qaz departamentlərini də Baker Hughes ilə birləşdirib.
23 milyard dollara çatan mənfəətlə, 2014-ci ildə Baker Hughes-i satın almağa çalışan, ancaq bacarmayan Halliburton-u geridə qoyan General Electric, sektorun ən böyük oyunçusu Schlumberger-dən sonra neft sahələri xidmətlərində dünyanın ən böyük 2-ci şirkəti oldu.
GE ve Baker Hughes tərəfindən açıqlamaya görə, birləşmə, "Neft və qaz sahəsində avadanlıq, xidmət və rəqəmsal həllləri bir araya gətirdiyi" üçün dünyanın ilk və yeganə nümunəsi xarakterindədir.
120 ÖLKƏDƏ FƏALİYYƏT GÖSTƏRƏCƏK
Digər tərəfdən, General Electric, satın aldığı Baker Hughes markasına sadəcə, "bir GE şirkəti" ifadəsi əlavə etməklə toxunub. Yeni quruluş Birjada da BHGE adı ilə əməliyyat görməyə başlayıb.
Birləşmə öncəsi 90 ölkəya yayılan Baker Hughes, General Electric sayəsində 120 ölkəyə çatacaq. Cəmi personal sayı da iki misli artaraq 70 minə çatan şirkətinn İcraçı direktor və Sədr kreslosunda isə General Electric-in Neft və qaz əməliyyatlarının başında duran Lorenzo Simonelli oturacaq. İdarə Heyətində 14 rəhbər şəxsdən 5-i isə Baker Hughes-dən olacaq.
Simonelli, çox böyük bir boşluğu doldurduğunu qeyd edərək istehsal məhsuldarlığında çox ciddi sıçrayış gözlədiklərini deyib.
Şirkət, 2020-ci ildən Hyustonda olan 40 obyektdən bəzilərini bağlamağı və 2020-ci ilədək əməliyyat xərclərindən illik 1.2 milyard dollar qənaət etməyi gözləyir.
Yeni Baker Hughes şirkətinin idarəetmə mərkəzləri isə London və Hyustonda olacaq.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























