Banka xəzinədər, kredit mütəxəssisləri tələb olunur - VAKANSİYALAR
2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.
Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
1. Kiçik mütəxəssis - xəzinədar vəzifəsinə işə qəbul elan edir.
Vəzifə öhdəlikləri:
1. Qüvvədə olan qanunvericiliyə əsasən xəzinə işinin təşkil edilməsi.
2. Məxfilik və təhlükəsizlik tələblərinə riayət olunmaqla yüksək səviyyəli xəzinə xidmətlərinin göstərilməsi; nağd pul və digər qiymətlilərin qəbul edilməsi, verilməsi, uçotunun aparılması, saxlanılması və qorunmasının təmin edilməsi.
3. Müştərilərə valyuta mübadilə xidmətlərinin göstərilməsini təmin etmək.
4. Xəzinə əməliyyatları üzrə təyin olunmuş hesabatları, habelə xəzinənin fəaliyyətinə dair digər zəruri hesabatları hazırlamaq və aidiyyəti üzrə təqdim etmək.
5. Şöbə müdirinin xəzinə əməliyyatları barədə ona həvalə etdiyi digər vəzifələri həyata keçirmək.
Namizədə tələblər
-Ali təhsil;
-Bankda ən azı 1 il xəzinədar vəzifəsi üzrə təcrübəsi olan namizədlərə üstünlük verilir;
-Təşəbbüskarlıq;
-Komandada işləmək bacarığı;
-Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
-Riyazi hesablama aparmaq qabiliyyəti;
-İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 24.12.2022-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (“Kiçik mütəxəssis - xəzinədar”) göstərməyiniz xahiş olunur.
2. Bank “BTB” ASC İstehlak kreditləri şöbəsi üzrə Kiçik mütəxəssis/Mütəxəssis/Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan edir. (Bakı, Sumqayıt, Gəncə üzrə)
İş barədə məlumat:
-Bankın bütün müştərilərini yeni və mövcud istehlak kredit məhsulları ilə tanış edir;
-İstehlak krediti məhsullarının mövcud qaydalar və şərtlər çərçivəsində satışını həyata keçirir;
Kredit sifarişlərini qəbul edir, bankdaxili qaydalara uyğun olaraq, onları qiymətləndirir, sifarişləri hazırlayır və kreditlərin ödənişlərinə nəzarət edir;
-Bankdaxili qaydalara və kreditlərin şərtlərinə əsasən kreditlərin monitorinqlərini aparır;
Namizədə tələblər:
-Ali təhsil;
-Bank və ya bank olmayan kredit təşkilatında ən az 1 il iş təcrübəsi;
-Azərbaycan dilində sərbəst danışıq bacarığı , rus dilini bilmək arzu olunandır.;
-Analitik düşüncə, Ünsiyyətqurma və komandada işləmək bacarığı;
-MS office proqramlarında yüksək səviyyədə işləmək bacarığı
Sizə nə təklif edirik?
- Bank BTB-nin peşəkar komandasının bir üzvü olmaq imkanı;
- Əlverişli iş mühitində çalışmaq imkanı;
- Uğurlu karyera üçün Sizə lazım olacaq professional bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Karyera və inkişaf perspektivləri;
- Öyrənmə və öyrəndiklərinizi tətbiq etmək imkanları;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (İstehlak kreditləri üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis) göstərməyiniz xahiş olunur.
3. Bank “BTB” ASC Mikrokreditlər üzrə Mütəxəssis/Aparıcı/Baş mütəxəssis vəzifəsinə işə qəbul elan edir. (Bakı, Sumqayıt, Gəncə üzrə)
2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.
Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
İş barədə məlumat:
- Departament tərəfindən müəyyən olunmuş satış üzrə planların vaxtında və tam icrasını yerinə yetirmək;
- Bankın kredit siyasəti və digər bankdaxili qaydalar və prosedurlar çərçivəsində bankın mikrokreditləşmə əməliyyatlarının həyata keçirilməsini təmin etmək;
- Mikroseqmentə aid müştərilərin müxtəlif marketinq alətləri vasitəsilə Banka cəlbinin təşkil etmək;
- Müştərilərin kredit sifarişlərini qəbul etmək, maliyyə təhlilinin aparılması;
- Mikro kredit işlərinin hazırlanması və müvafiq Kredit Komitəsinə təqdim olunmasını həyata keçirmək;
- Özünün mikro kredit portfelinin keyfiyyətini nəzarətdə saxlayır, kredit ödənişlərinə və kredit tarixçəsinə nəzarəti həyata keçirmək;
Namizədə tələblər:
-Ali təhsil,
-Kreditləşmə sektorunda iş təcrübəsi,
-Ünsiyyətqurma bacarığı;
-Analitik təhlil qabiliyyəti;
-Təqdimetmə və satış bacarığı,
-MS office proqramında işləmə bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Mikrokreditlər üzrə mütəxəssis/aparıcı/baş) göstərməyiniz xahiş olunur.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 58 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
1 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
-
1 saat əvvəl
"Fitch Solutions" Azərbaycanda 2026-cı il üçün inflyasiya gözləntilərini azaldıb
-
1 saat əvvəl
Bakıda Ramazana özəl tədbir: 3 gün Dubay əmlaklarına endirim ediləcək
-
1 saat əvvəl
VTB (Azərbaycan) sahibkarlar üçün QR ödəniş xidmətini istifadəyə verdi
-
2 saat əvvəl
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
-
2 saat əvvəl
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
Fevralın 21-də gözlənilən hava şəraiti
Kanada şirkəti: Quba–Xəzəryanı regionunda 2027-ci ildə seysmik və qazma işlərinə başlamağı planlaşdırırıq
Dünya markaları ilə rəqabət aparan Azərbaycan məhsulu – "KNARR" boyaları xarici bazarlarda möhkəmlənir
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB






















