Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasından Macrona etiraz

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (AFchamber) Fransa Prezidenti Emanuel Macrona açıq məktub yazaraq, Prezidentin 12 oktyabr tarixində “Fransa 2” kanalında yayımlanan müsahibəsi zamanı verdiyi bəyanatlarla bağlı narahatçılığını bildirib.
Marja xəbər verir ki, Məktubda deyilir:
Biz, Azərbaycanda fəaliyyət göstərən Azərbaycan və Fransa şirkətlərini təmsil edən və müstəqil qeyri-hökumət təşkilatı olan Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının (AFchamber) adından yazıb müraciət edərək, 12 oktyabr tarixində “Fransa 2” kanalında yayımlanan müsahibəniz zamanı verdiyiniz bəyanatlarla bağlı Sizə narahatçılığımızı bildiririk.
Qarabağ münaqişəsi, eləcə də Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi ilə bağlı reallığı düzgün əks etdirməyən fikirləriniz bizi təəccübləndirib məyus etdi.
Müsahibə zamanı bunu qeyd etməsəniz də, Sizə çox yaxşı məlumdur ki, Fransanın da lehinə səs verdiyi BMT Təhlükəsizlik Şurasının qətnamələrin (822, 853, 874 və 884 nömrəli qətnamələr) müəyyən etdiyi kimi, keçmiş Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi rayon 30 ildir yaxın müddət ərzində Ermənistanın işğalı altında olub. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunlarını geri çəkməsi və evindən didərgin düşmüş yüz minlərlə azərbaycanlının evinə qayıtmasına imkan verməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının birmənalı çağırışlarına baxmayaraq, Ermənistan beynəlxalq hüquqa məhəl qoymamış və işğalı davam etmişdir. Fransa sözügedən qətnamələrin lehinə səs verib və bu əraziləri Azərbaycanın bir hissəsi kimi tanıyıb. Hətta bu gün də erməni silahlı qüvvələri Qarabağ bölgəsində qalaraq 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən üzərinə götürdüyü öhdəliklərindən yerinə yetirməkdən boyu qaçırır və regionda sülh prosesinə əsas maneə kimi çıxış edir.
Dinc əhali arasında itkilərdən bəhs edərkən isə təəssüf ki, Ermənistanın Azərbaycanın Gəncə və Bərdə şəhərlərində dinc əhaliyə qarşı törətdiyi hücumları qeyd etməkdən yayındınız. Bu hücumlarda 13-ü uşaq olmaqla (o cümlədən 10 aylıq bir körpə) 100-dən çox mülki şəxs olan azərbaycanlı həlak olmuşdur.
Cənab Prezident, dediyimiz hər bir sözün öz təsiri, qüvvəsi var və bu mühüm məsələ ilə bağlı verdiyiniz bəyanatlar yalnız Avropada deyil, eləcə də Azərbaycanda yaxından izlənilir. Siz oktyabrın 6-da Praqada keçirilən görüşün iştirakçısı olmusunuz və həm Baş nazir Paşinyan, həm də Prezident Əliyevin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərinin şahidi oldunuz ki, bu sənəd vasitəsilə hər ikisi bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır.
Lakin, Siz və digər fransız siyasətçilər tərəfindən hadisələrin birtərəfli təsviri Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə və uzunmüddətli sülhün bərqərar olmasına ciddi zərər vurur. İki ölkə sülh sazişi imzalamağa bu qədər yaxın ikən bu kimi hərəkətlər proseslərə xüsusilə zərər verir.
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası olaraq, biz bütün səmimiyyətimizlə Fransa hökumətini Avropa Birliyi tərəfindən hər iki ölkənin ərazi bütövlüyünü təsdiqləyən Azərbaycan və Ermənistan arasında aparılan sülh sazişi danışıqlarında fəal və pozitiv mövqe tutmağa çağırır və buna ümid edirik. Bu addım Fransa və Azərbaycan arasındakı ikitərəfli münasibətləri yaxşılaşdıraraq Fransanın regionda rolu ilə bağlı ictimai rəyə müsbət təsir edəcək.
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası Azərbaycan və Fransa arasındakı əlaqələrin yaxşılaşdırılmasına töhfə verməyə daim hazırdır. Bu məqsədlə, sizi fransız bizneslərinin və Azərbaycanda yaşayan fransız icmasının mövqeyini eşitmək üçün Sizin üzvlərimiz ilə onlayn görüşünü təşkil etməkdən məmnunluq duyarıq.
AFchamber 50-dən çox Fransa, Avropa və Azərbaycan şirkətinin maraqlarını təmsil edən müstəqil qeyri-hökumət təşkilatıdır. AFchamber-in əsas məqsədi Azərbaycan və Fransa arasında qarşılıqlı iqtisadi və dostluq əlaqələrini inkişaf etdirməkdir. Missiyası isə iki ölkə arasında əməkdaşlığı, davamlı sosial dialoqu və iqtisadi və investisiya əlaqələrinin sistemli və davamlı şəkildə genişləndirilməsini dəstəkləmək və təşviq etməkdir. Palata heç bir ictimai və ya beynəlxalq təşkilatı təmsil etmir və üzvü deyil.
Hörmətlə,
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası
AFchamber
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 3 gün sonra
-
- 3 gün sonra
-
3 saat əvvəl
Nazir Rəşad Nəbiyev “Xsolla” şirkətinin prezidenti ilə görüşüb
-
3 saat əvvəl
Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı
- 3 saat əvvəl
-
3 saat əvvəl
“SOCAR Trading” vasitəsilə ABŞ-yə LNG ticarəti nəzərdən keçirilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış olublar
- 4 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı


“Azərsun Holdinq” “YAŞAT” Fondunun layihəsinə dəstək verib

Azərbaycanda daha çox ət, süd, yumurta və yağlar bahalaşıb

Beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış olublar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olundu

Tramp Avropa İttifaqını Hindistan və Çinə qarşı 100%-lik rüsumlar tətbiq etməyə çağırıb

Maliyyə savadlılığı hər yaşda önəmlidir – Bank of Baku-dan təlim

"Muzdlu işçilərin sayı az olduqca, vergilərin, sosial sığortanın yığılmasında problemlərimiz olacaq"
