Birinci nəsil iPhone hərracda təxminən 40 min dollara satılıb
2007-ci ildə istehsal edilmiş, qutusu açılmamış iPhone smartfonu bazar günü hərracda 39 340 dollara satılıb.
Marja xəbər verir ki, bu barədə LCG Auctions hərrac evinin saytında məlumat verilib.
"Birinci nəsl, qutusu açılmamış iPhone əla vəziyyətdədir. Qablaşdırmanın səthi və küncləri praktiki olaraq qüsursuzdur. Tam təzə smartfon işə salınmayıb. Bu modeldən daha mükəmməl vəziyyətdə olanını tapmaq çox çətindir", - lot haqında məlumatda bildirilir.
Həmçinin vurğulanır ki, ilk dəfə Stiv Cobsun 2007-ci il yanvarın 9-da təqdim etdiyi iPhone smartfon sənayesini dəyişdirən “zəmanəmizin ən mühüm və geniş yayılmış ixtiralarından biri” olub.
2007-ci ildə ilk iPhone modelinin qiyməti 599 dollar olub. ABŞ Əmək Departamentinin Statistika Bürosunun məlumatına görə, hərracda satılan smartfonun qiyməti inflyasiya nəzərə alınmaqla bu illər ərzində təxminən 45 dəfə artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
5 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək


























