"Hazırda ən ağrılı məsələ bir mənzilin bir neçə vətəndaşa satılmasıdır"
"Çoxmənzilli binaların tikintisini həyata keçirən fiziki və hüquqi şəxslər tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmaması, həmin binalarda mənzil əldə etmiş şəxslərin hüquqlarının pozulması hallarına tez-tez rast gəlinir".
Bunu Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev bildirib.
"İnşa edilmiş çoxmənzilli binalarda yerləşən bir mənzilin bir neçə şəxsə satılması, satışın bir sıra hallarda hər hansı sənəd olmadan həyata keçirilməsi, vətəndaşa satılan mənzilin sahəsinin və həcminin qanunvericiliklə müəyyən edilmiş qaydada və tələblər əsasında hesablanmaması, sahəsinin çox göstərilməsi, bir sıra hallarda mənzillərin yerləşdiyi binaların tikintisinin başa çatdırılmasının və istismara qəbul edilməsinin müəyyən vaxt aparması və sair vətəndaşların hüquqlarının pozulması hallarıdır", - deyə o qeyd edib.
Xidmət rəisi əlavə edib ki, bir çox hallarda vətəndaşlar çıxış yolunu məhkəmələrə müraciət etməkdə görürlər ki, bu da, tikinti şirkətləri, mənzil-tikinti kooperativləri arasında narazılığın artmasına, münasibətlərin gərginləşməsinə səbəb olur: "Hal-hazırda ən ağrılı məsələ bir mənzilin bir neçə vətəndaşa satılması halıdır. Bundan başqa, çoxmənzilli binalarda mənzil sahibi olan şəxs vəfat etdikdən sonra meydana gələn vərəsəliklə bağlı problem və ya ipoteka yolu ilə əldə edilmiş mənzilin sahibi dünyasını dəyişdikdə ödənişlə bağlı yaranan problemlər də mövcud problemlərdir".
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır













.jpg)








