ABŞ, Rusiya neftinə "tavan" tətbiq etdikdən sonra qiymətlərin kəskin artmasından qorxur
ABŞ prezidenti Co Bayden administrasiyasının bəzi nümayəndələri OPEC+un hasilatı azaltmaq qərarından sonra Rusiya neftinə qiymət tavanının tətbiqi planının mənfi nəticələrə, o cümlədən yanacağın qiymətinin kəskin artmasına səbəb ola biləcəyindən narahatdırlar.
Marja xəbər verir ki, bu barədə cümə axşamı Bloomberg adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.
Neft qiymətlərinin məhdudlaşdırılmasının OPEC+ qərarının yaratdığı bazar dəyişkənliyi fonunda qiymətlərin daha da artmasına gətirib çıxaracağı ilə bağlı qorxular var. "Bundan əlavə, Moskva tədarükləri tamamilə dayandıra bilər", - mənbələrdən biri qeyd edib. Ayrı bir çətinlik planın bütün Avropa İttifaqına üzv dövlətlərindən təsdiqini almaqdadır.
Agentliyin həmsöhbətləri bildiriblər ki, planın həyata keçirilməsi üzrə iş davam edir, Vaşinqtonda və müttəfiq ölkələrdə çoxları tərəfindən dəstəklənir. Təklif Rusiyanın neft gəlirlərini məhdudlaşdırmaq üçün “pis variantlar arasında ən yaxşı seçim” kimi görünür. Eyni zamanda, mənbələrdən biri ABŞ və müttəfiqlərinin Rusiyanın neft gəlirlərini uğurla kəsə biləcəyinə şübhə etdiyini bildirib.
OPEC+ sazişinin üzvü olan ölkələr oktyabrın 5-də Vyanada keçirilən görüşdə neft hasilatını noyabr ayından gündəlik 2 milyon barel azaltmaq barədə razılığa gəliblər, həmçinin sazişin müddətini 2023-cü ilin sonuna qədər uzadıblar. Vaşinqton OPEC+ qərarını kəskin tənqid edib. Çərşənbə günü Rusiya prezidenti Vladimir Putin bildirib ki, OPEC+ ölkələrinin neft hasilatını azaltmaq qərarı qlobal bazarı tarazlaşdırmaq məqsədi daşıyır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
-
15 d. əvvəl
Qızılın qiyməti İran gərginliyi və gömrük tarifləri fonunda 5200 dollara yüksəlib
- 22 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib




















