Asiya birjaları əsasən geosiyasi gərginliklərə görə enib
Çərşənbə axşamı Asiya-Sakit Okean səhmlər əsasən geosiyasi gərginliyə görə ucuzlaşıb.Asiya-Sakit Okean regionunun əsas fond indeksləri çərşənbə axşamı günü ticarəti əsasən azalma ilə başa vurub. İnvestorlar Rusiya və Ukrayna arasında geosiyasi gərginliyin artmasını qiymətləndirirlər.
Marja xəbər verir ki, hərraclar nəticəsində Shanghai Composite indeksi 0,19% azalaraq 2979,79 bəndədək, Shenzhen Composite birjası 0,61% azalaraq 1882 bəndədək, Hong Kong Hang Seng Index 2,48% azalaraq 16789 bəndədək ucuzlaşıb. Cənubi Koreyanın KOSPI indeksi 1,83% azalaraq 2192,07 bəndə, Avstraliyanın S&P/ASX 200 indeksi 0,34% azalaraq 6645 bəndə, Yaponiyanın Nikkei 225 indeksi 2,64% azalaraq 26401,25 bəndə geriləyib.
Asiyadakı investorlar Rusiya və Ukrayna arasında geosiyasi gərginliyi qiymətləndirərək böyük səhm alışından çəkinməyə üstünlük veriblər.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bazar ertəsi Təhlükəsizlik Şurasının üzvləri ilə operativ iclasda oktyabrın 10-da səhər saatlarında Ukraynanın infrastruktur obyektlərinə yüksək dəqiqlikli silahlarla kütləvi zərbə endirildiyini bildirib. Putin Krım körpüsündə fövqəladə vəziyyəti mülki infrastrukturun məhv edilməsinə yönəlmiş hücumu terror aktı adlandırıb. Onun sözlərinə görə, Kiyev özünü ən iyrənc terror qrupları ilə eyni səviyyəyə qoyub və Kiyev rejiminin cinayətlərini cavabsız qoymaq sadəcə olaraq mümkün deyil.
Bazar ertəsi Ukraynanın paytaktı Kiyev şəhərində partlayışlar olub, həmçinin Xarkov, Odessa, Dnepropetrovsk, Lvov və Lvov vilayətində, İvano-Frankivsk, Ternopil, Xmelnitski, Konotop, Rovna və Poltava vilayətlərinə raket zərbələri endirilib.
HƏMÇİNİN OXU: Avropa səhmləri ardıcıl beşinci gündür ucuzlaşır
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
-
15 d. əvvəl
Qızılın qiyməti İran gərginliyi və gömrük tarifləri fonunda 5200 dollara yüksəlib
- 22 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib






















