“Araz” Abşerondan kənara çıxdı
Şöbələrinin sayına görə Azərbaycanın ən iri supermarket şəbəkəsi olan “Araz” Abşerondan kənara çıxıb.
“Marja” xəbər verir ki, indiyədək Bakı, Sumqayıt və Xırdalanda şöbələri olan supermarketin rayonlarda da filialları açılır. 29 İyun tarixində “Araz”ın Bərdə filialı fəaliyyətə başlamışdır.
“Regionlarımızdan ilk olaraq Bərdə rayonunda fəaliyyətə başladıq və tezliklə digər regionlarımızda da yeni filiallarımızı açmaqla əhatə dairəmizi daha da genişləndirəcəyik və sizlərə daha yaxın olacağıq”,- şəbəkənin məlumatında deyilir.
Əlavə edək ki, 30 İyun tarixindən “Araz”ın Buzovna qəsəbəsində yeni filialı açılacaq.
Qeyd edək ki, ilk “Araz” supermarketi 2011-ci ildə Bakıda açılıb. Hazırda “Araz” şöbələrinin sayı 60-a yaxınlaşır.
“Araz” supermarketləri “Veysəloğlu” qrupuna daxil olan şirkət tərəfindən idarə olunur.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
56 d. əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
2 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İqtisadiyyat İnstitutunun əməkdaşları Quba rayonunda müəllim və şagirdlərlə görüşüblər
-
2 saat əvvəl
PAŞA Bank növbəti “Bazar trendləri və hedcinq məhsulları” tədbirini keçirib
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
Ən çox oxunanlar
İyunun 13-də gözlənilən hava şəraiti
Süni intellekt əsaslı çağrı mərkəzlərinin rəqəmsal transformasiyada rolu - MÜSAHİBƏ
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 1 GÜN
Nazir müavini: "2030-cu ilə qədər mal əti istehsalının 20 %-dən çox artırılması hədəflənir"


















