Türkiyədə 4 ildən sonra işsizlik birrəqəmli səviyyəyə düşüb
Türkiyə Statistika Təşkilatı avqust ayı üzrə işçi qüvvəsi statistikasını açıqlayıb.
Marja xəbər verir ki, yaşı 15 və daha yuxarı olan işsizlərin sayı avqust ayında bir əvvəlki ayla müqayisədə 100 min nəfər azalaraq 3 milyon 312 min nəfər olub. İşsizlik nisbəti isə 0,4 faiz bəndi azalaraq 9,6 təşkil edib. Beləliklə, işsizlik son 4 ildə ilk dəfə birrəqəmli səviyyə düşüb. Bu, 2014-cü ilin martından bəri ən aşağı səviyyədir.
İşsizlik səviyyəsi kişilər arasında 8,2 faiz, qadınlar arasında isə 12,5 faiz təşkil edib.
Avqust ayında məşğul əhalinin sayı əvvəlki ayla müqayisədə 366 min nəfər artaraq 31 milyon 14 min nəfər, məşğulluq nisbəti isə 0,5 faiz bəndi artaraq 47,9 faiz olub. Bu göstərici kişilərdə 65,3 faiz olduğu halda, qadınlarda 30,8 faiz olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
13 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 13 saat əvvəl
-
15 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























