İran və Rusiya 40 milyard dollardan çox neft və qaz sazişi imzalayıb
Həmçinin ölkələr yatağın işlənməsi üçün 4 milyard dollar dəyərində anlaşma memorandumu imzalayıblar.İranın neft naziri Cavad Övci bazar günü bildirib ki, Rusiya və İran neft və qaz sənayesində 40 milyard dollardan çox dəyərində müqavilələr imzalayıblar.
“Biz Rusiya ilə yataqların işlənməsi üçün 4 milyard dollar dəyərində anlaşma memorandumu, həmçinin qaz kəmərlərinin və mayeləşdirilmiş təbii qazın (LNG) istehsalı üçün müəssisələrin tikintisinə dair 40 milyard dollar məbləğində saziş imzalamışıq”,- ISNA agentliyi onun sözlərini sitat gətirib.
Bazar günü Övcinin müavini Əhməd Əsədzadə bildirib ki, Rusiya İran ərazisində yerləşən 6 neft və iki qaz yatağının işlənməsinə başlamaq niyyətindədir. O, həmçinin ilin sonuna qədər müvafiq sazişin imzalanacağına ümid etdiyini bildirib.
Cümə axşamı Rusiya hökuməti Rusiya baş nazirinin müavini Aleksandr Novak və Övci arasında keçirilən görüşdən sonra Moskva və Tehranın bir sıra birgə layihələr, o cümlədən neft-qaz sənayesi üzrə danışıqlar apardığını bildirib. Bundan əlavə, Novak və Övci Rusiya-İran ticarət-iqtisadi əməkdaşlıq komissiyasının həmsədrləri olmaqla, onun 2022-ci il oktyabrın 30-dan noyabrın 1-dək Rusiya Federasiyasında keçirilməsinin təşkilini müzakirə ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
-
15 d. əvvəl
Qızılın qiyməti İran gərginliyi və gömrük tarifləri fonunda 5200 dollara yüksəlib
- 22 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib




















